“Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi” layihəsi üzrə səylərini artıracaq”
Tarix: 04.07.2016 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor - SGC) layihəsi Xəzər dənizinin təbii qaz ehtiyatlarını Avropa bazarına çatdıran strateji təşəbbüsdür”. Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. O bildirib ki, Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi” layihəsi üzrə səylərini artıracaq. Əsas məqsəd isə Cənub-Şərqi Avropa regionundakı ölkələrin ən azı 3 müxtəlif mənbədən qaz almasına şərait yaratmaqdır.“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin təməlinin qoyulması və icrası “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır. TAP-a cəlb edilmiş üç ölkə - Yunanıstan, Albaniya və İtaliya layihə üzrə işlərin gedişatını yaxından izləyir. TAP Avropa İttifaqı üçün vacib layihədir. TAP-ın “Nabucco” və Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərində (Interconnector Turkey-Greece-Italy - ITGI) olmayan güclü siyasi, eyni zamanda səhmdarlar tərəfindən dəstəyi var. Avropa Komissiyası həmin səhmdarlarla yaxından əməkdaşlıq vədinə və layihənin vaxtında icrası üçün dəstəyinə sadiqdir”, - deyə M.Şevçoviç əlavə edib.Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti qeyd edib ki, bu il fevralın 29-da Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bütün iştirakçı ölkələr və konsorsium bu vacib infrastruktur layihəsini vaxtında başa çatdırmaq üçün qətiyyətlərini ortaya qoyublar. “Cənub Qaz Dəhlizi”nin tərkib hissələri – “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və TAP layihələrində mühüm irəliləyişlərə nail olunub. Azərbaycanın təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info