Heyvandarlığın inkişafı bu sektorda çox sayda iş yerləri yarada bilər
Tarix: 05.07.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Abşeron, Salyan, Neftçala, Sabirabad, Şəki, Zaqatala rayonlarında qaramalın məhsuldarlıq potensialından maksimum istifadə etmək üçün geniş imkanlar var
İnsanların sağlam qidalanması üçün bitki və heyvani mənşəli qidalar qəbul etməsi çox önəmlidir. Dünyada bu qidaların kifayət qədər istehsal edilməsində bir problem olmadığı halda, qidaların ölkələrə və qitələrə görə istehlakında bir balanssızlıq müşahidə edilir. Ancaq dünya əhalisinin artması və zaman- zaman yaşanan quraqlıqların təsiri ilə bu qeyri-tarazlığın daha da genişlənəcəyi gözlənilir.

2020-ci illərdə əhalisi sürətlə artan inkişaf etməkdə olan ölkələrdə ət və südə olan tələbin 2 qat artacağı gözlənilir
Adam başına heyvan mənşəli qidaların istehlakında inkişaf etmiş ölkələrlə inkişaf yolundakı ölkələr arasında əhəmiyyətli bir fərqliliyin olduğu müşahidə edilməkdədir. Gələcəkdə də inkişaf etmiş ölkələrdə heyvani mənşəli qidalara olan tələbdə əhəmiyyətli bir artım gözlənmədiyi halda, 2020-ci illərdə əhalisi sürətlə artan inkişaf etməkdə olan ölkələrdə ət və südə olan tələbin 2 qat artacağı gözlənilir. Sağlam və normal qidalanma dünyada dəyişməz problemlər arasında yer almağa başladığından bəri, qida təhlükəsizliyi ölkələrin gündəmindədir. Cəmiyyətin qida təhlükəsizliyini təmin etmək, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərin siyasətində yer alır. Xüsusilə heyvani zülalların, kifayət qədər və balanslı bəslənmənin əsas təməl daşlarından olduğunu düşündükdə görünür ki, heyvan məhsullarına olan tələbatın ödənilməsi qida təhlükəsizliyi siyasətinin əsas hissəsini təşkil edir. Bu gün bir faktdır ki, heyvandarlıq inkişaf etmiş ölkələrdə bir sənaye halına gəlib, iqtisadiyyatın ayrılmaz bir hissəsi olub. Bu vəziyyət, əkinçiliyin və bu baxımdan da heyvandarlığın milli səviyyədə inkişaf etdirilməsinin lazımlı bir sektor olduğunu ortaya qoyur. Aparılan araşdırmalarda bir insanın gündəlik 70 q zülal istehlak etməsinin lazım olduğu və bunun 40 faizinin heyvan mənşəli zülallardan ibarət olduğu bildirilir. Bu da, ancaq ət, süd, yumurta və bal kimi heyvan mənşəli zülallardan təmin edilə bilər. Ancaq dünyada heyvan mənşəli qidaların bitki mənşəli qidalara nisbətən daha yüksək xərc və daha kompleks bir istehsal planının olması, heyvan mənşəli qidaların qiymətlərinin daha yüksək olmasına səbəb olmaqdadır. Bu baxımdan heyvan məhsullarının istehlakının artırılması, heyvandarlığın inkişafının əlçatan səviyyəyə gətirilməsilə mümkün ola bilər.

Dünyada inək və dana əti istehsalı 2014-cü ildə 2 faiz artımla 59,6 milyon ton olub
FAO-nun məlumatına görə, statistik məlumatlara əsasən, 2013-cü ildə dünyada 1,5 milyard baş inək, 200 milyon baş camış, 1,2 milyard baş qoyun və 1 milyard baş keçi olub. Son 6 ilin məlumatlarına baxıldığında isə inək 6,8 faiz artımla 1 milyard 494 milyon başa, camış isə 3,3 faiz artım ilə 200 milyon başa, qoyun 4 faiz artım ilə 1 milyard 173 milyon başa, keçi 5,8 faiz artım ilə 1 milyard başa yüksəlib. Keçmiş illərə baxıldıqda isə heyvanların sayında ümumilikdə bir artım müşahidə edilməkdədir. 1960-cı ilə nisbətən 2013-cü ildə heyvandarlıqda artım özünü göstərib. Bu müddətdə ən çox artım 188 faiz ilə keçidə müşahidə edildiyi halda, inəkdə bu artım 126 faiz, camışda 59 faiz və qoyunda18 faiz görülməkdədir. Ümumilikdə isə heyvanlarda 63 faiz artım müşahidə edilib.
İribuynuzlu heyvan yetişdirilməsi deyildiyi zaman, əsasən, ilk olaraq inək ağla gəlməkdədir. Lakin bu da bir faktdır ki, ət istehsalının böyük əksəriyyəti iribuynuzlu heyvanlar içində ən əhəmiyyətli olan inəkdən istehsal edilir. İnək yetişdirilməsi böyük bir əmək tələb edir. Bunun digər tərəfi, bu sektorda əhəmiyyətli sayda insanın iş tapmasıdır. Bu baxımdan işsizliyin artdığı ölkələrdə inək yetişdirilməsi əhəmiyyətli bir məşğulluq sektoru olaraq önə çıxmağa davam etməkdədir. Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Nazirliyinin( USDA) məlumatına görə, dünyada ümumilikdə inək və dana əti istehsalı 2008-ci ildə 58,5 milyon ton olduğu halda, 2014-cü ildə 2 faiz artımla 59,6 milyon tona yüksəlib. Buna qarşı istehlaka baxdığımızda 57,7 milyon tondan, yalnız 0,3 faiz artım ilə 57,8 milyon tona yüksəldiyi görülür. Dünya ümumi idxal nisbəti 2008-ci ildə 6,8 milyon ton ikən, 2014-cü ildə 16 faiz nisbətində artım ilə 7,8 milyon tona yüksəlib. İxracatda isə 2008-ci ilə nisbətən, 2014-cü ildə 28 faiz artımla 9,8 milyon ton yüksəlmə müşahidə edilib.

12 bölgədə regional süni mayalanma mərkəzlərinin yaradılması məhsuldarlığı artıracaq
Ölkəmizdə heyvandarlıq məhsulları istehsalının əsasını maldarlıq təşkil edir. Heyvandarlığın inkişafı istiqamətində son illərdə ardıcıl tədbirlər həyata keçirilir. Bu günlərdə “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin sərəncamı da bunun bariz nümunəsidir. Sərəncamda göstərilir ki, ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaq. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bütün təsərrüfat kateqoriyaları üzrə qaramalın sayı 2697,5 min baş, o cümlədən inək və camışların sayı 1299,2 min baş təşkil edir. Azərbaycanın ət balansında mal ətinin xüsusi çəkisi 44 faiz, istehsal olunan südün isə 98 faizi inək və camışların payına düşür. Bu o deməkdir ki, ölkənin ərzaq təhlükəsizliyini maldarlığın inkişafı müəyyən edir.
2014-cü ildə ölkə üzrə kəsilmiş çəkidə 291,2 min ton mal əti və 1855,8 min ton inək və camış südü istehsal olunub. Azərbaycanda ət və süd istehsalında dinamik artım olsa da, inək və camışların məhsuldarlıq göstəriciləri aşağıdır. Mövcud yemləmə və saxlama şəraiti heyvanların məhsuldarlığının yüksəldilməsinə ləngidici təsir göstərir. Hazırda ölkəmizdə olan qaramal naxırının xeyli hissəsi cins və cinsi yaxşılaşdırılmış kontingentdən ibarətdir. Respublikanın ayrı-ayrı regionlarında damazlıq heyvandarlığın daha da inkişaf etdirilməsi, yüksək məhsuldarlıq göstəricilərinin əldə edilməsi imkan verir ki, qaramalın potensialından maksimum istifadə etməklə daha çox heyvandarlıq məhsulları istehsalı təmin olunsun. Qaramalın yemləndirilməsini düzgün təşkil etməklə və damazlıq işini daha da təkmilləşdirməklə, məqsədyönlü damazlıq seleksiya işlərinin aparılması nəticəsində mövcud naxırlarda hər inəkdən orta hesabla 3000-3500 kq süd sağmaq və ətə verilən hər baş malın orta diri çəkisini 400-450 kq-a çatdırmaq mümkündür. Xüsusilə Abşeron, Salyan, Neftçala, Sabirabad, Şəki, Zaqatala rayonlarında qaramalın məhsuldarlığı potensialından maksimum istifadə etməyə real şərait var.
Heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili ilə əlaqədar son vaxtlar davamlı tədbirlər reallaşdırılır. Belə ki, nazirliyin müvafiq qurumları tərəfindən bölgələrdə fermerləri və mütəxəssislərlə görüşlər keçirilir, onları maraqlandıran suallara ətraflı cavab verilir Bu tədbirlərin əsas məqsədi heyvandarlığın inkişafına şərait yaratmaqdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info