Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub
Tarix: 05.07.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonunda qastrol səfərində olub.
Cəlilabadın mədəniyyət işçiləri və Xalq teatrının üzvləri ilə keçirilən görüşdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Xalq artisti Qabil Quliyev və Əməkdar artist Adil Zeynalov qonşu rayonun mədəniyyət işçilərinə hamilik etməyə hazır olduqlarını bildiriblər. Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov bu diqqət və qayğıya görə kollektivə minnətdarlıq edib.
Daha sonra Lənkəran teatrının truppası tərəfindən tədbir iştirakçılarına Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim olunub. Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info