Qadın voleybolçularımız Avropa Liqası yarışlarının qalibi olublar
Tarix: 05.07.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub. Millimiz turnirin final mərhələsi çərçivəsində Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb. İtaliyalı baş hakim Giorgio Qnaninin idarə etdiyi oyunun ilk seti millimizin 25:15 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci setdə də voleybolçularımız fərqləniblər - 25:22. Üçüncü setdə Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gələrək matçın taleyini həll ediblər. Bununla da görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında iyunun 30-da Slovakiyada keçirilən ilk oyunda millimiz 3:1 hesabı ilə qalib gəlmişdi. İki görüşün nəticəsinə görə, Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək dünya Qran-prisinə vəsiqə qazanacaq. Beləliklə millimiz bu vəsiqəni də təmin edib. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qızıl medalları millimizin voleybolçularına Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Slobadan Miloş təqdim ediblər. Sonda Azərbaycanın dövlət himni səsləndirilib. Hazırda millimizin heyətinə gənc oyunçular cəlb olunub. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi uğurla təmsil etməkdir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info