“Brexit” Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”
Tarix: 05.07.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Böyük Britaniyanın Avropa İttifaqından çıxması istisnasız olaraq London və Brüsselin öz münasibətlərinə aiddir və heç bir şəkildə Böyük Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”.
Bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bidirib. Stoltenberq qeyd edib ki, Böyük Britaniyanın yeni hökumətinin alyans qarşısında öhdəliklərini davam etdirəcəyinə əmindir: “Böyük Britaniya NATO-nun vacib tərəfdaşıdır”. Baş katib NATO-nun “soyuq müharibə” dövründən bəri ən böyük güclənmə mərhələsindən də danışıb. O qeyd edib ki, NATO-nun Qara dəniz regionundakı mövcudluğu Rumıniyadakı briqadanın hesabına gücləndiriləcək. Y. Stoltenberqin sözlərinə görə, ittifaqın hərbi xərclərinin 8 milyard dollar artırılması gözlənilir ki, bu da əvvəl planlaşdırılan xərclərin 3%-ni təşkil edir. Qeyd edək ki, iyulun 8-9-da Varşavada NATO-nun zirvə toplantısı keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info