Yunanıstan sürətlə boşalır
Tarix: 05.07.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


The Guardian:“Yarım milyon nəfərə qədər ən bacarıqlı və peşəkar mütəxəssis ölkəni tərk edib”

Böyük alman sosioloqu Maks Veberin vaxtilə bildirdiyi kimi, Avropa heç də monoton deyil və qitənin əksər hissəsi, əslində, bir neçə ölkənin lokomotivliyi ilə yedəkdə gedir. Doğrudur, Veber Avropa və Qərbin ən inkişaf etmiş ölkələrini və bu inkişafa aparan əsas amili dini faktorlarla izah etməyə çalışırdı və göstərirdi ki, yalnız protestant ölkələr güclü inkişaf ediblər və digərləri yalnız yedək ölkələr kimi xarakterizə edilə bilər.
Hər halda, görünən odur ki, hazırda bütün dünyanı bürümüş böhran şəraitində, həmin “qaymaq” Qərb ölkələrinin ərsəyə gətirdiyi Avropa Birliyi belə, önəmsiz quruma çevrilməkdə və dağılmaqdadır. “Brexit”-dən və digər siyasi deqradasiya və çaxnaşmalardan əlavə, birliyə daxil olan əksər ölkələrin, xüsusilə Şərqi və Cənubi Avropa ölkələrinin ciddi iqtisadi böhranlar içində çapalaması da bundan xəbər verir. Bu ölkələr içərisində ən ağır durumda olanlardan biri isə Yunanıstandır.
Yunanıstan hazırda dövrünün ən böyük beyin axını ilə üzləşib. Bu barədə Böyük Britaniyanın “The Guardian” media qurumu yazır. Qeyd edilir ki, ölkənin Mərkəzi Bankı bu barədə bildirib. Yarım milyon nəfərə qədər yüksəkixtisaslı və ən bacarıqlı, istedadlı, peşəkar mütəxəssis ölkədə iqtisadi böhran başlayandan Yunanıstanı tərk edib. Yunanıstan Mərkəzi Bankı bildirib ki, təkcə 2008-ci ildən onların 427 min nəfəri ölkədən çıxıb. Bu tarix ölkənin borc dramının kəskinləşməsindən bir il öncəki il hesab olunur. “Şübhəsiz ki, miqrasiya və yoxsulluq cəmiyyətin uzun sürən böhran şəraitində üzləşdiyi iki ən əsas ağrılı məsələdir”. Bunu bankın məsələ barədə məruzəsinin müəllifi Sophia Lazaratou “Kathimerini” qəzetinə bildirib. Ölkəni tərk edən gənc və peşəkar mütəxəssislərin öz karyeralarını Almaniya, Britaniya və Birləşmiş Ərəb Əmirliklərində qurmağa getdikləri bildirilir. Bu məqsədlə, təkcə 2013-cü ildən bu yana ölkəni 100 min nəfər tərk edib: “İşsizlik Bizans bürokratiyası və “endemik” korrupsiya ilə yanaşı, ölkədən axın yaradıb. Borc böhranı püskürəndən yeddi il sonra ölkədə işsizlik 4 faizdən 25 faizə yüksəlib. 25-39 yaşlı yunanların 50 faizindən çoxu işsizdir - bu, hər hansı Avropa Birliyi üzvü olan ölkədəki müvafiq göstəricidən çox olan ən yüksək işsizlik göstəricisidir. “Bu, onu göstərir ki, ölkənin ən bacarıqlı və istedadlı mütəxəssisləri kütləvi surətdə çox uzun müddətə və ya daimi şəkildə ölkəni tərk ediblər və bu, Yunanıstanın gələcək inkişaf potensialına mənfi surətdə kəskin təsirini göstərəcək”. Bu fikri isə “London School of Economics Hellenic Observatory”nin professoru Kevin Featherstone bildirib. “Brexit”in Yunanıstandan baş verən bu beyin axınına təsir edib-etməyəcəyilə bağlı fikirlərini bildirən professor onu da qeyd edib ki, bu, müəyyən müddətə sözügedən ölkədən axını yayındıra və ya yavaşıda bilər. Amma ümumilikdə 1990-cı illərin əvvəllərində Şərqi Avropa ölkələrində baş verən depressiyaya bənzər depressiya işsizlikdən və borcdan əziyyət çəkən Yunanıstan üçün də xarakterikdir. Ölkədə baş verən presedentsiz axın səhiyyə sistemində də ağır vəziyyət yaradıb və ölkənin həkimləri də köçüb gedirlər: “İronik olan odur ki, yüksək xərclər hesabına təhsil almış və təcrübə keçmiş həkimlərin böyük əksəriyyəti işləmək üçün Almaniyaya köçüb, onlardan, sadəcə, 25 min nəfərlik həkim kontingenti işləyir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info