Rusiya hava qüvvələri “İncirlik” aviabazasına dəvət edilməyib…
Tarix: 05.07.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki “İncirlik” hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır”. Dünən yayılan bu xəbər dünya mediasında geniş rezonans doğurdu. Türkiyə və Rusiya mediasında yer alan məlumatlarda qeyd edilirdi ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına müsahibəsində deyib.
Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün detallarından danışaraq ikitərəfli əlaqələr və regional problemlərin müzakirəsi baxımından görüşün çox faydalı olduğunu bildirib. “İŞİD”-lə mübarizə məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduqlarını nəzərə çatdıran nazir “İncirlik” hərbi hava bazasını Rusiyaya aça biləcəklərini vurğulayıb: “İŞİD” terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Bilirsiniz ki, “İŞİD”-ə qarşı aktiv mübarizəyə qatılmaq istəyənlərə «İncirlik» hava bazamızı açmışıq. Belə olan halda, niyə Rusiya ilə eyni şəkildə əməkdaşlıq etməyək? Çünki bu terror təşkilatı hamımızın düşmənidir və ona qarşı mübarizə aparılmalıdır, bu məsələdə Sergey Lavrovun da dediyi kimi, razılığa gəlmişik”. Çavuşoğlu iyulun sonu, avqustun əvvəlində iki ölkə prezidentinin görüşəcəyini də söyləyib: “Digər nazirlərlə birlikdə bu görüşə hazırlıq görəcəyik. İqtisadiyyatla bağlı addımlar atılacaq və qərarlar qəbul olunacaq. Enerji sahəsində və digər sahələrlə əlaqədar müvafiq nazirlər bir araya gələcək”. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlığın başladığını və həmkarı S. Lavrovu Antalyaya dəvət etdiyini də əlavə edib. Qeyd edək ki, Türkiyənin “İncirlik” hərbi hava bazası, eyni zamanda NATO-nun istifadəsində olan hərbi bazalardan biridir. Burada hazırda Türkiyə ilə yanaşı, ABŞ, Britaniya və Almaniyanın hərbi təyyarələri yerləşdirilib. Məsələyə münasibət bildirən Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin birinci müavini Andrey Krasov Ankaranın təşəbbüsünü terrorizmə qarşı əməli addım kimi dəyərləndirərək bunun alqışa layiq olduğunu qeyd edib. Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov isə belə bir razılaşmanı iki ölkə arasındakı münasibətlərin irəliləyişi kimi dəyərləndirib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə onlarda rəsmi şəkildə belə bir məlumatın omadığını deyərək bu təklifin siyasi və hərbi tərəfdən analiz edilməli olduğunu bildirib. Amma dünən Mövlud Çavuşoğlu bu xəbərlə bağlı açıqlama verməli olub. Çavuşoğlu dünən baş nazir Binəli Yıldırımla birlikdə keçirdiyi mətbuat konfransında Rusiyanın “İncirlik” hərbi bazasından istifadəsi ilə bağlı hər hansı bəyanat vermədiyini söyləyib: “Türkiyə “İŞİD”-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa hazırdır, lakin Rusiyanın “İncirlik” hava bazasından istifadə etməsi mövzusu müzakirə olunmayıb. Mənim belə bir ifadəm olmayıb. Hər kəslə əməkdaşlıq edə biləcəyimizi demişik. Mən, sadəcə, prezidentimizin Putinə daha əvvəl dediyi “İŞİD”-dən narahatsınızsa, gəlin, birlikdə mübarizə aparaq" sözünü xatırlatmışam. Bundan sonrakı mərhələdə Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi söylədik. “İncirlik” hava bazası ilə bağlı sözüm olmayıb".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info