“Ermənistan aprel əməliyyatlarında imtahan verdi və iflasa uğradı”
Tarix: 05.07.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Aram Amatuni:
“Ermənistanda dövlətin maraqlarından tutmuş təhlükəsizliyə qədər bütün məsələlər satılır, alver predmetinə çevrilir”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aprel əməliyyatlarından sonra başlayan proses aktiv şəkildə davam edir. Vyana və Sankt-Peterburq görüşlərindən sonra dövlət başçıları səviyyəsində yeni görüşlə bağlı hazırlıq gedir.
Həmsədrlərin danışıqlara aktiv qoşulması nizamlama ilə bağlı yeni ümidlər yaradıb. Ermənistan tərəfi anlayır ki, bundan sonra status-kvonu qoruyub saxlamaq çətin olacaq. Proseslərin sürətlə davam etdiyi bir vaxtda Ermənistan parlamentinin Rusiya ilə birgə Hava Hücumundan Müdafiə sistemi ilə bağlı razılaşmanı ratifikasiya etməsi diqqət çəkən məqamdır. Ermənistan faktiki olaraq hava məkanını Rusiyanın ixtiyarına verib. “Birinci İnformasiya” saytında təqdim edilən yazıda erməni müəllif Aram Amatuni qeyd edir ki, rəsmi İrəvanın bu addımı yanlışdır. Onun fikrincə, Rusiya ilə birgə Hava Hücumundan Müdafiə Sisteminin yaradılması ilə bağlı sənədin parlamentdə ratifikasiya edilməsi bir daha təsdiqləyib ki, Ermənistan dövlət kimi formalaşmayıb.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ermənilərin maraqlarına hesablanan fundamental əsas yarada bilmədiyi kimi, müttəfiqlik münasibətlərini də qura bilməyib”



Ekspert məqaləsində yazır ki, Ermənistan tərəfinin ciddi itkilər verdiyi aprel əməliyyatlarından sonra belə bir sənədin təsdiqlənməsi yolverilməz idi. Ən azından dövlətin maraqları bunu tələb edirdi, amma ölkəni idarə edənlər bu maraqları qorumaq iqtidarında deyillər: “Əslində, sərhəddə dayanan əsgər də, parlamentdə əyləşən deputat da dövlətin maraqlarının qorunmasına xidmət etməlidir. Amma Ermənistan dövlət kimi formalaşmadığından burada belə deyil. Ermənistanda dövlət adı altında tam fərqli işlər görülür - şəxsi və qrup maraqları reallaşdırılır. Dövlətin maraqlarından tutmuş təhlükəsizliyə qədər bütün məsələlər satılır, alver predmetinə çevrilir. Təkcə hakimiyyət və puldan başqa. Ermənistan hakimiyyətinin bütün məsələlərə yanaşması bu prizmadan olur. Aprel müharibəsi Ermənistan dövlətinin bütün mahiyyətini üzə çıxardı. Aprel müharibəsi göstərdi ki, ağır sosial-iqtisadi durumda olan Ermənistanın pula həris hakimiyyəti bütün resurslarını ani şəkildə xərcləyə bilir. Aprel müharibəsi Ermənistanın müttəfiqsiz ölkə olduğunu üzə çıxardı. Müttəfiqin olması dövlətin güc, keyfiyyət, həyat qabiliyyəti, nüfuz indikatorudur. Aprel döyüşləri göstərdi ki, Ermənistan müttəfiqsiz dövlətdir”. Ekspert vurğulayıb ki, Rusiyanın Ermənistanla müttəfiqliyi kağız üzərindədəir. Ona görə də indi kağız üzərinə müttəfiq olan dövlətə hava məkanının idarə olunmasını təhvil vermək Ermənistanın dövlət olmadığını təsdiq edir. Aram Amatuni yazır ki, hərbi cəhətdən Azərbaycandan geri qalan Ermənistan Dağlıq Qarabağ münaqişəsi və Rusiya ilə münasibətlərdə müstəqil siyasət həyata keçirmək iqtidarında deyil: “Ermənistan aprel əməliyyalarında imtahan verdi və siyasi cəhətdən iflasa uğradı. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ermənilərin maraqlarına hesablanan fundamental əsas yarada bilmədiyi kimi, müttəfiqlik münasibətlərini də qura bilməyib. Belə şərtlər çərçivəsində Ermənistan yer üzərində hakimiyyəti azmış kimi, hava məkanını da kağız üzərində olan müttəfiqinin ixtiyarına verib. Acı təcrübə göstərir ki, Ermənistanla Rusiya arasında imzalanan sənədlərin sayı nə qədər çox olursa, Rusiya-Azərbaycan dostluğu o qədər çox möhkəmlənir. İndi buna Rusiyanın Türkiyə ilə münasibətlərinin düzəlməsi də əlavə olunur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info