Qüvvədəolma müddəti bitən “Asan imza” sertifikatları yenilənməlidir
Tarix: 05.07.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin tarixdən etibarən “Asan İmza”nın tətbiqi ilə bağlı geniş məlumatlandırma və təbliğat tədbirləri həyata keçirilib, “Asan İmza” sertifikatlarının kütləvi şəkildə verilməsi təmin edilib. “Asan İmza” sertifikatının qüvvədəolma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin iyul ayında bitdiyindən, yeni “Asan İmza” sertifikatı almaq üçün ASAN xidmət mərkəzlərinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə (http://www.taxes.gov.az/xidmetmerkezleri) müraciət etmək lazımdır. Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet səhifəsinin “Sual-cavab” bölməsinə, “asxm.gov.az” internet ünvanına və ya “info@asxm.gov.az” elektron poçtuna müraciət etməklə məsələ ilə bağlı əlavə məlumat almaq olar.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info