Zəhərlənmələr zamanı ilk yardım
Tarix: 05.07.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Zəhərləyici maddə orqanizmə müxtəlif yollarla - onu udan zaman, nəfəs alarkən, dərini deşdikdə daxil olarkən zəhərlənmə baş verir.
Ümumi məlumat:
Milli.Az immunitet.az-a istinadən bildirir ki, zəhər dəriyə təmas nəticəsində orqanizmə daxil ola bilər. Bir çox maddələr qapalı otaqlarda, məsələn, dəm qazı ilə təhlükəli ola bilər. Müxtəlif zəhərlər orqanizmin müxtəlf orqanlarına və sistemlərinə təsir edir. Bəziləri qan dövranına, bəziləri həzm sisteminə, bəziləri də tənəffüs sisteminə təsir edir. Əgər insan səbəbsiz özünü pis hiss edirsə, zəhərli maddənın mənbəyi ilə yanaşı yerləşirsə mütləq tibbi yardıma müraciət etmək lazımdır.
Simptomları:
Zəhərlənmə qızdırma, üşütmə, iştahanın itməsi, başağrısı, qıcıqlanma, zəiflik, yuxululuq, başgicəllənmə ilə müşayiət oluna bilər. Qarında ağrı, qusma, diareya, ürəkbulanma, udma zamanı ağrı, dəridə kimyəvi yanıqlar, qıcolmalar, huşun itməsi, gözlərdə ikiləşmə, görmənın pozulması müşahidə olunur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Zəhərlənmə zamanı ilk yardım.
Əgər zəhərli maddə udulursa aşağıdakı tədbirlər görülməlidir:
-Udulan maddə haqqında məlumatı oxumaq lazımdır. Həkim gələnə qədər xəstəni qusdurmayın. Əgər xəstə qusubsa qusuntunu analiz üçün toplayın.
Əgər xəstə dəm qazı ilə zəhərlənibsə otağın havasını dəyişdirin. Əgər otaqda qaz varsa, qaz borusunun açarını bağlayın, kibrit yandırmayın. Xəstənin nəbzini, tənəffüsünü, yoxlayın. Əgər xəstə nəfəs almırsa ona süni nəfəs verin, nəfəs alırsa ustünü adyalla örtüb "təcili yardım"ın gəlməsini gözləyin.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Koronavirus immuniteti zəif olanları məhv edir
20.02.2020
Uşaqlar niyə xoruldayırlar?
20.02.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
19.02.2020
“Koronavirusdan necə qorunmaq olar?“-VİDEO
19.02.2020
Çörək insan ömrünü qısaldır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info