Dövlət Statistika Komitəsinin beynəlxalq əlaqələri genişləndirilir
Tarix: 05.07.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub.Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində statistik keyfiyyətin idarə olunması sisteminin, coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının, əhalinin gəlirləri və həyat şəraiti, əlillik və turizm statistikasının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi, nəticələrin qiymətləndirilməsi və gələcək ikitərəfli əməkdaşlıq prioritetlərinin müəyyən edilməsi olub.Səfər zamanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski birgə mətbuat konfransı keçiriblər. Komitə sədri Tvinninq layihəsinin icra vəziyyətindən danışıb, layihəyə Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanlarının cəlb olunduğunu, Avropa İttifaqının dəstəyi ilə keçirilən bu layihənin Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirib.
Bolqarıstan Milli Statistika İnstitutu ilə Dövlət Statistika Komitəsi arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışan Sergey Tsvetarski əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu arasında imzalanmış 02.12.1999-cu il tarixli saziş çərçivəsində 2016-2018-ci illər üçün statistika sahəsində növbəti əməkdaşlıq planı təsdiq edilib. Mətbuat konfransından sonra statistika təşkilatlarının rəhbərləri General Vladimir Zaimov adına parkda dostluq ağacı əkiblər.
Daha sonra Komitənin nümayəndə heyəti Bolqarıstan Milli Statistika İnstitutunun yaradılmasının 136 illiyi münasibətilə təşkil edilən təntənəli mərasimdə iştirak ediblər. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov tədbirdə çıxış edərək həmkarlarını bayram münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bolqarıstan Respublikasının bir sıra dövlət və hökumət nümayəndələri ilə rəsmi görüşlər də keçirib. Bolqarıstan baş nazirinin birinci müavini xanım Rumyana Bıçvarova ilə görüşdə komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə edilən nailiyyətlər və iqtisadiyyatın davamlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanda bütün sahələrdə, xüsusilə statistika sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini vurğulayıb, Azərbaycanın mötəbər qlobal forum, konfrans və idman yarışlarına uğurla ev sahibliyi etdiyini xatırladıb. 17-19 iyun tarixlərində paytaxt Bakıda müvəffəqiyyətlə başa çatan Formula-1 Avropa Qran-pri yarışlarında 11 komanda və 13 ölkədən dünyanın ən məşhur pilotlarının birincilik uğrunda mübarizəsinin maraqla, həyəcanla izləndiyi qeyd olunub. Görüşdə Rumyana Bıçvarova ilə statistika sahəsində ölkələrarası əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.
Sonra Bolqarıstan Milli Assambleyasının vitse-prezidenti Aliosman İmamovla görüş keçirilib. Komitə sədri Tahir Budaqov iki ölkə arasında siyasi, iqtisadi, mədəni və bir sıra sahələrdə olan mövcud əlaqələrdən danışıb. Bolqarıstan Milli Assambleyasının vitse-prezidenti, Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Aliosman İmamov statistika sisteminin gələcək inkişafına dəstək məqsədilə ikitərəfli dostluq və işgüzar əlaqələrin dərinləşməsinin vacibliyini vurğulayıb. Azərbaycanın digər ölkələrə multikulturalizm nümunəsi olduğunu xüsusi qeyd edib.
Daha sonra Tahir Budaqov Bolqarıstan Elmlər Akademiyasının İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Aleksandr Tasev ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi ilə Bolqarıstan Elmlər Akademiyasının İqtisadi Araşdırmalar İnstitutu arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bolqarıstana səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Milli Statistika İnstitutunun “Slivek” təlim mərkəzində olub. Qeyd olunub ki, Bolqarıstan Milli Statistika İnstitutunun əməkdaşlarının təlimi və işgüzar istirahətlərinin təşkili məqsədilə yaradılan Mərkəz Loveç şəhərindən 7 kilometr məsafədə yerləşir. Təlim mərkəzinin fəaliyyəti, infrastrukturu, nailiyyətləri ilə yaxından tanışlıq olub və “Slivek” təlim mərkəzi ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər zamanı nümayəndə heyəti Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bərpa edilən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu ilə tanış olublar. Məlumat verilib ki, qoruğun bərpası işlərini həyata keçirmək məqsədilə ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.
“Şimal” və “Cənub” regional statistika idarələrinin strukturunun təşkili və fəaliyyəti ilə tanışlıq məqsədilə Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Qabrovo və Plovdiv şəhərlərinə də səfər ediblər. Regional statistika idarələrində bölgələrin sosial-iqtisadi vəziyyəti, respondentlərin statistik uçota cəlb edilməsi və statistik müayinələrin aparılması metodikasına dair ikitərəfli müzakirələr aparılıb.
Səfərin sonunda Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Sofiya şəhərində, Bolqarıstan Milli Statistika İnstitutunda təşkil edilən yekun iclasa qatılıb və səfərin nəticələrinin ikitərəfli qiymətləndirilməsi həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info