Bayram ərəfəsində Nəsimidə imkansız ailələrə bayram payı təqdim olunub
Tarix: 05.07.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir. Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyətində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.
Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, ümumilikdə 1 000 nəfər üçün ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.
Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info