“Ermənistan Araza axıdılan tullantıları azaltmalıdır”
Tarix: 05.07.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər



“Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq üçün təcili addımlar atmalıdır”. 
Bu sözləri APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib. 
M. Ebtikar bildirib ki, İran müntəzəm şəkildə Arazda çirklilik səviyyəsini yoxlayır və çayın çirklənməsinin qarşısını almaq üçün davamlı proqramlar həyata keçirir: “İran Ermənistana öz mövqeyini çatdırıb ki, Araz çayına axıdılan tullantıları azaltmalıdır və tez bir zamanda suyun çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır. Bu məsələ ikitərəfli sazişdə də öz əksini tapıb”. 
M. Ebtikar qeyd edib ki, Ermənistan dövləti çayın çirklənməsinin qarşısını almaq üçün öz öhdəliyini yerinə yetirməlidir. 
Qeyd edək ki, Arazın Ermənistandan keçən hissəsinə çirkab suların və sənaye tullantılarının axıdılması nəticəsində çayda ekoloji durum pisləşib. İran və Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq  məqsədilə sənəd imzalayıblar. Bu sənədə əsasən 2017-ci ilədək Ermənistan öhdəliyini yerinə yetirməli və çirklənmənin qarşısını almaq üçün layihələr icra etməlidir.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info