“Avropa Ukraynanın nüvə çirkabının toplandığı məkana çevrilməsindən qorxur
Tarix: 06.07.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Pravda.ru”:
“Kiyevin planları nüvə təhlükəsizliyi ilə bağlı bütün normaları alt-üst edir”

Brüsseldə keçirilən atom energetikası siyasəti məsələləri üzrə seminarın gedişində aparıcı təşkilatların nümayəndələri bəyan ediblər ki, Kiyevin planları nüvə təhlükəsizliyi ilə bağlı bütün normaları alt-üst edir, çünki bu planlar özündə qəza risklərini ehtiva edir. Bu barədə “Pravda.ru” yazır. Qeyd edilir ki, seminarın diqqət mərkəzində işlənmiş nüvə yanacağı və radioaktiv tullantılarla davranış məsələləri olub. Seminar iştirakçılarının əsas vəzifəsi işlənmiş nüvə yanacağı və radioaktiv tullantılarla bağlı təkcə Avropa Birliyi üçün yox, bütün Avropa dövlətləri üçün standartların işlənib hazırlanmasıdır.
Atom sənayesi üzrə aparıcı təşkilatların nümayəndələri hesab edirlər ki, Kiyevin bu sahədə olan niyyətləri fonunda bu cür standartlar vacibdir.Ukraynanın planlarında Çernobıl AES-dən kənarda nüvə yanacağı üçün anbar tikmək var. Onlara bu tikinti üçün amerikan şirkəti “Holtec International” yardım edəcək. Bu anbarın tikintisinə Ukraynanın “Energoatom” şirkəti 250 milyon dollar cəlb etmək istəyir. Bu vəsaiti ABŞ-ın “Bank of Amerisa” və “Merrill Lynch” maliyyə qurumları ayıracaq. 2018-ci ildə obyektin tikintisinin tamamlanması planlaşdırılır.
Ukrayna Yaşılları Assosiasiyasının üzvü Anna Rak bu barədə narahatlıqlarını belə bildirib: “Biz Kiyevdən 70 km uzaqlıqda Dnepr çayının yanında belə bir təhlükəli obyektin tikilməsindən çox narahatıq. Bu, nüvə təhlükəsizliyinin təməl standartları ilə ziddiyyət təşkil edir və Çernobıl faciəsinin təkrarlanması ilə təhdid edir”.
Bundan başqa, ekspertlər amerikan şirkəti olan “Holtec International”ın belə qorxulu obyektlərin tikintisində təcrübəsiz olduğunu bildirir. Məhz buna görə də atom sənayesi üzrə təşkilatların təmsilçiləri digər dövlətləri də bu informasiyanı bölüşməyə çağırırlar ki, radioaktiv tullantılarla bağlı vahid standartlar hamı tərəfindən qəbul edilsin”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info