“Qarabağ”ın səs-sədası Kanadada
Tarix: 06.07.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Vüsalə Əhmədova: “Qarabağ” Azərbaycan dili məktəbi sayəsində Ottava təhsil şurasına dilimizi tanıtdırmışıq”
Kanada kimi uzaq bir ölkədə Qarabağın adı ilə məktəbin fəaliyyət göstərməsi, həqiqətən, qürurvericidir. Bu məktəbin sayəsində Kanadanın bir çox mötəbər tədbirlərində Qarabağın adı tez-tez səslənir. Elə müsahibimiz də Kanadada fəaliyyət göstərən Qarabağ Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədovadır. Qeyd edək ki, 1979-cu ildə Bakıda doğulan V.Əhmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 2002-ci ildən Kanadanın Ottava şəhərində yaşayır. İki qız övladı var; Sevda və Sevil. V.Əhmədovanın dediyinə görə, qızları Kanadada doğulmalarına baxmayaraq, Azərbaycan dilində təmiz danışır, adət-ənənələrimizi yaxından tanıyırlar.
-Ottavada Qarabağ Azərbaycan dili məktəbi nə zamandan fəaliyyət göstərir?
-2011-ci ilin sentyabr ayından Ottavada yaşayan Nigar Əliyeva ilə birlikdə Qarabağ Azərbaycan dili məktəbini açmışıq. İlk olaraq 7 şagirdimiz var idi. 5 il müddətində bu say 14 nəfərə çatıb. Bu illər ərzində bir çox şagirdlərimiz məktəbimizin məzunu olub. Məktəbimiz vətəndən kənarda böyüyən Azərbaycan övladlarına dilimizi, adət-ənənələrimizi, tariximizi, musiqi və rəqsimizi öyrətməklə məşğuldur.
“Qarabağ” məktəbi Ottavadakı fransız katolik məktəbi şurasının nəzdində fəaliyyət göstərən beynəlxalq dilli məktəblərdən biridir. Kanada təhsilinə Azərbaycan dili kimi, yeniliyi məhz bizim məktəb gətirdi. Azərbaycan dili haqqında heç bir məlumatı olmayan Ottava təhsil şurasına dilimizi tanıtdırdıq. Məktəbimiz sayəsində Ontario vilayətinin təhsil şurasına Azərbaycan dilini beynəlxalq dillər siyahısına əlavə etmişik.
-Məktəbə Azərbaycandan nə kimi dəstək göstərilir?
- İlk gündən bəri məktəbimiz ombudsman Elmira xanım Süleymanovanın dəstəyini görüb. Elmira xanım Ottavaya gələndə bizim məktəblə yaxından tanış olub. Milli geyimlərimiz və kitablarla məktəbi o təmin edib. Bu 5 ildə daima Azərbaycanın Kanadadakı səfirliyinin də maddi və mənəvi dəstəyini görmüşük.
-Kanadada keçirilən tədbirlərdə məktəbin şagirdləri iştirak edirlərmi?
-Şagirdlərimiz Kanadanın mötəbər tədbirlərində çıxışlar ediblər. Azərbaycanımızı gözəl təmsil ediblər. Ottavanın parlamentində çıxışları çox böyük səs-səda gətirmişdi. Səfirliyimizin və məktəbimizin Novruz bayramı, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı birlikdə təşkil etdiyi tədbirlərdə müxtəlif şeirlər deyilib, rəqslər ifa olub.
- Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Azərbaycan diasporu Ottava şəhərində Kanadanın başqa şəhərlərinə nisbətən çox azlıq təşkil edir. Valideynlər, o cümlədən Azərbaycan diasporunun üzvləri bir yerə yığışır, Azərbaycanın ənənəvi bayramları, tarixi və anım günləri qeyd olunur.
Dövlətimizi tanıtmaq üçün təşkil etdiyimiz bayram tədbirləri, sərgilərə Kanada vətəndaşlarını, o cümlədən başqa millətlərin nümayəndələrini dəvət edir, onlara ölkəmiz haqqında yazılan kitab və jurnallar təqdim edirik. Məktəbimizin şagirdləri bütün dəvətlərə gedir, müxtəlif tədbirlərdə rəqsimizi, mahnılarımızı ifa edirlər. Onlar bayrağımızı, dövlətimizi həm tanıtmaq, həm də təmsil etməklə fəxr edirlər. Azərbaycanı burada çox az tanıyırlar. Ona görə də biz-diaspor üzvlərinin üzərinə çox böyük vəzifə düşür. Getdiyimiz hər yerdə kim olduğumuzu, haradan gəldiyimizi, dövlətimizin harada yerləşdiyini dəfələrlə təkrar etməkdən heç zaman yorulmuruq. Ottava diasporunun üzvləri Monreal və Torontoda yaşayan azərbaycanlılarla çox sıx əməkdaşlıq edir, bütün tədbirlərdə iştirak edirik.
İyunun 19-da “Qarabağ” məktəbi olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ölümünün 6-cı ildönümü münasibətilə Ottavanın Minto parkında onun xatirə lövhəsinin önündə anım mərasimi keçirdik. Bu mərasimə Toronto və Monrealdan da qonaqlarımız qatıldılar.
- Hazırda Kanadada diaspor gənclərimiz aktiv fəaliyyət göstərirlərmi?
- Edmontonda, Kalqaridə və bu kimi başqa vilayət və şəhərlərdə azərbaycanlı gənclər çox fəaldırlar. Dediyim kimi, Ottavada sayımız çox azdır. Amma buna baxmayaraq, burada ana dilimizdə məktəb açmağa nail olmağın özü bizim ən böyük nailiyyətimiz sayıla bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info