Erməni saytı: “Azərbaycanın müttəfiqləri ona yardım göstərirlər”
Tarix: 06.07.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“KTMT isə Ermənistanın təhlükəsizliyinə qarant olmadığını nümayiş etdirir”

Ermənistan yenə gileylidir. Öz bədnam əməllərinə haqq qazandırmaq üçün hansı oyunlardan çıxmırlar ki... “Birinci informasiya” saytında dərc edilmiş yazıda ermənilər yenə “arxasız” olduqlarından şikayətlənirlər:
“İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı görüşdə bəyanat qəbul ediblər. Bəyanatda Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi qeyd edilərək, Minsk qrupunun həmsədrliyi altında həll prosesinə dəstək ifadə edilib. Minsk qrupu Helsinki Yekun Aktında əksini tapmış üç prinsipi- ərazi bütövlüyü , güc tətbiq etməmək və öz müqəddəratını təyinetmə hüququnu əsas götürür. Standart proqram kimi görünən bu sənəd rəsmi İrəvan üçün nə ifadə edir? Bu, ilk baxışdan beynəlxalq arenada standart proqram kimi görünür. Lakin biz buna hərbi-siyasi ittifaq işığında baxsaq, burada standart barədə heç bir reallıq barədə danışmağa belə dəyməz. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Lakin müşahidə əsasında belə demək olar ki, ya Ermənistanın Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur, ya da Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə heç bir əlaqəsinin olmadığı düşünülə bilər. Belə görünür ki, bu təşkilat Ermənistan üçün yad bir təşkilatdır. Müqayisə üçün biz, sadəcə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycannın da üzv olduğu təşkilatların fəaliyyətinə nəzər salsaq, yetər. İstər Türkdilli Dövlətlər Birliyi, istərsə də, İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərdə Azərbaycanın mənafeyini müdafiə edərək, ona yardım göctərirlər. Başqa bir maraqlı nüans ondan ibarətdir ki, bu təşkilatlar Ermənistanın maraqları baxımındın nə qədər etibarlı və məqbuldurlar? Lakin bütün bunlara baxmayaraq, təşkilat üzvləri öz müttəfiqlərinə yardım etməkdə davam edirlər. Aəzrbaycana dəstək olan təşkilatlardan fərqli olaraq, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə hələ də Ermənistanın xeyrinə, hətta aprel döyüşlərindən sonra belə, heç bir bəyanat verməyib. Bütün bunlar bir daha reallığın ifşasıdır. Belə görünür ki, Ermənistan heç bir təhlükəsizlik ittifaqının üzvü deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə Ermənistana heç bir hərbi və siyasi dəstək nümayiş etdirmir. Bütün bunlarla yanaşı, bu təşkilat Ermənistanın öz hərbi- siyasi təhlükəsizliyini təmin etməkdə, bir növ qandal funksiyasını oynayır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info