Qubalı gənc rəssamlar Rio-2016-ya dəstək nümayiş etdirib
Tarix: 08.07.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Quba şəhər Gənclər Mərkəzində “Olimpiya oyunları gənc istedadların təxəyyülündə” devizi ilə istedadlı gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.
Sərginin açılış mərasimində qeyd olunub ki, layihənin əsas məqsədi region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərindəki start götürəcək olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsidir.
Sərgidə Quba rayonundan olan 76 rəssamın 82 əl işi nümayiş etdirilib.
Münsiflər heyətinin qərarına əsasən sərgi iştirakçıları arasından seçilən qaliblərə diplomlar təqdim olunub. Amsar kənd sakini Lamiyə Babayeva, Ağbil kənd sakini Nərmin Sultanova, Zərdabi qəsəbə sakini Murad Hacıyev, Quba şəhər sakini Fəridə Həşimova və Nərmin Kərimova ən yaxşı əl işlərinin müəllifləri kimi mükafatlandırılıblar.
Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış xüsusi bukletlər və “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Layihə çərçivəsində bu günə qədər “Kim sevirsə idmanı, poladdan olar canı” devizi altında Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq, Talabıqışlaq, Afurca və Rustov kəndlərində isə “Olimpiya intellekt kuboku” adı altında intellektual oyunlar keçirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info