TUMİB Suraxanıda narkomaniya əleyhinə tədbir keçirib
Tarix: 08.07.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir bu gün Bakının Suraxanı rayonunda baş tutub. Suraxanı Gənclər Evində keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Ramazan bayramı münasibətilə toplantı iştirakçılarını təbrik etdikdən sonra layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, layihə Bakı şəhəri ilə yanaşı, həm də Tovuz, Qazax, Ağcabədi, Şirvan və Biləsuvar rayonlarını əhatə edir.
Narkomaniyanı “əsrin bəlası” adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. O, əmin olduğunu bildirib ki, ardıcıl maarifçilik işi aparmaqla yeniyetmə və gənclər arasında pis vərdişlərə qarşı müqaviməti gücləndirmək mümkün olacaq: “Gənclərimizi “ağ ölüm”ün ağuşundan xilas etmək üçün səylərimzi birləşdirməli, narkotik maddələrin qəbuluna sövq edən düşüncə və davranış modellərinin kök salmasının qarşısını almalı, sağlam təfəkkürün qələbəsinə nail olmalıyıq”.
Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nazim Fətullayev deyib ki, narkomaniyaya qarşı illərdi müxtəlif vasitə və metodlarla mübarizə aparılır. N.Fətullayev vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını bildirib.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov vurğulayıb ki, narkomaniyaya qarşı mübarizə dövlət qurumları ilə yanaşı, həm də cəmiyyətin vəzifəsidir. İdarə rəisinin sözlərinə görə, mövcud problemin aradan qaldırılmasında gənclərlə davamlı təmasda olan gənclər təşkilatlarının üzərinə daha böyük məsuliyyət düşür.
TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə Azərbaycan dövlətinin narkomaniya əleyhinə mübarizədə effektiv nəticə əldə etdiyini deyib. C.Dövlətzadə qeyd edib ki, narkomaniya əleyhinə mübarizə özülü Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin əsasını təşkil edir.
Həkim Könül Şəmiyeva isə narkotik maddələrin insan orqanizmi üçün zərərindən danışıb. K.Şəmiyeva deyib ki, narkotik maddələrdən asılılıq insanın təkcə fiziki deyil, həm də əqli fəaliyyətinə mane olur, zehni inkişafı əngəlləyir.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gəncləri “cəmiyyətin avanqardı” adlandırıb. S.Novruzzadə bildirib ki, gəncliyin enerjisini müsbət istiqamətə yönəltməklə cəmiyyətdə müsbət dəyişikliyə nail olmaq mümkündür.
TUMİB-in layihələr departamentinin rəhbəri Raida Hüseynova gənclər arasında sağlam həyat tərzinin təbliğinin vacib olduğunu vurğulayıb. R.Hüseynova qeyd edib ki, gənclər mütərəqqi ideyalarının daşıyıcısına çevrilməklə zərərli vərdişlərdən uzaq qala bilərlər. Sonda natiq həmyaşıdlarını narkomaniya əleyhinə mübarizədə aktiv olmağa səsləyib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info