AGAT XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli tədbir keçirib
Tarix: 11.07.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 -21 avqust tarixlərində Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” çərçivəsində paralimpiya çempionu İlham Zəkiyev, 2011-ci il “Avroviziya” mahnı müsabiqəsinin qalibi, AGAT-ın sülh səfiri Eldar Qasımovla görüş keçirib. Görüşün əsas hədəfi idmançılarımıza dəstək istiqamətində müxtəlif aksiyalar, idmançılarla silsilə görüşlər və digər mədəni-kütləvi tədbirlər vasitəsilə insanların marağını Yay Olimpiya Oyunlarına cəlb etməkdir. Belə ki, tədbirin açılışını AGAT sədri Nərgiz Xələf etdi və Rio 2016 Yay Olimpiya Oyunlarına dəstəklə bağlı çıxış etdi və hər bir gəncə Azərbaycanın bayrağını yüksəltməyi arzu etdi. Sonra azarkeşlər öz sahəsində uğur qazanmış Azərbaycan bayrağını yüksəltmiş İlham Zəkiyev və Eldar Qasımovun uğur hekayələrinə qulaq asdılar və görüş bir növ motovasiya xarakterli həyata keçdi. İkiqat paralimpiaçımız İlham Zəkiyev idman sahəsinə gəlişindən, qazandığı uğurların sirlərindən danışdı və gənclərə öz sevdikləri sahə üzrə çalışmalarını arzuladı. İ. Zəkiyev həmçinin 2016 Yay Olimpiya Oyunlarına hazırlıqlar barədə ən son məlumatları gənclərlə bölüşdü. 2011-ci il “Avroviziya” mahnı yarışmasının qalibi olmuş Eldar Qasımov da öz nöbəsində AGAT-ın sülh səfiri olmasının onun üçün önəmli bir məqam olmasından söz açdı və Azərbaycan bayrağı altında ölkəmizi təmsil edən bütün gəncləri xalq olaraq dəstəkləməyin vacib olduğunu qeyd etdi. Daha sonra məhşurlar gənc azarkeşlərin suallarını cavablandırdılar. Sonda AGAT heyəti “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” çərçivəsində görüləcək işlərin siyasıhısı ilə gənc könüllüləri məlumatlandırdı.
Kampaniya ilə bağlı AGAT-ın email ünvanına daxil olan 335 nəfər könüllü müraciətindən 110 nəfər könüllü seçim turunu keçmişdir. Hazırda facebook sosial şəbəkəsində “Rio 2016 Yay Oyunlarına Dəstək Kampaniyası”nın səhifəsi fəaliyyət göstərir. Səhifədə gündəlik olaraq Rio 2016 Olimpiya Oyunlarına dair yeni xəbərlər paylaşılır və kampaniya çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər barədə məlumatlar yerləşdirilir. Həmçinin “Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarla gənc azarkeşlərin canlı ünsiyyətinin təşkil edilməsi, velotur, fləşmob və digər kütləvi əyləncələr vasitəsilə əhalinin müxtəlif qrupları arasında idman əhval-ruhiyyəsinin yaradılması, daha geniş auditoriyanı əhatə etmək üçün layihənin video çarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması da nəzərdə tutulmuşdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info