“Hüquqi tədqiqat” müsabiqəsi sona çatdı
Tarix: 11.07.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hüquqi tədqiqat” müsabiqəsi baş tutub. “Hüquqi Tədqiqat” müsabiqəsi hüquqşünas tələbələrin elmi araşdırma və hüquqi yazı bacarıqlarını üzə çıxardan bir yarışmadır. Müsabiqə çərçivəsində tələbələrin hər biri 5 nəfərlik 8 qrup şəklində birləşdirilib. Hər qrupa elmi rəhbər olaraq mövzu ilə sıx bağlı olan hüquqşünaslar təyin olunub və müsabiqə başladılıb. Layihəyə mövzu olaraq isə “Əlilliyi olan şəxslərin hüquqları və cəmiyyətdəki yerləri” seçilib. Müasir dövrümüzdə əlillərin üzləşdiyi problemlərin çoxluğu, üzləşdikləri problemlər, onların hüquqlarının tam şəkildə qorunmaması kimi məsələlər mövzunu kifayət qədər aktual edir. Müsabiqə çərçivəsində hüquqşünas tələbələrin verilmiş mövzu barədə müxtəlif təlimçilər və tədqiqatçılar tərəfindən məlumatlar verildi və bu istiqamət üzərində hüquqşünas tələbələrimiz elmi araşdırma apardılar və sonda elmi araşdırmaları layihə təşkilatçılarına təqdim olunub. Müsabiqə yalnız hüquqşünas tələbələr üçün nəzərdə tutulub. Qrupların işi və nəticələri ekspertlər tərəfindən olduqca keyfiyyətli qiymətləndirildi və təqdim olunan yazılar bir çox insanın mövzu barədə daha ətraflı məlumat toplamasına yardım etdi. Müsabiqənin qaliblərinin elmi işlərinin çap olunması və digər gənclərin həmin işlərdən faydalanmaları üçün, araşdırmalar kitabxanalara paylandı və oxucu kütləsinə təqdim olunub. Müsabiqədə Sona Məmmədli, Çinarə Qasımova, Humay İsmayılova qalib gəldilər və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info