Kopadze erməniləri xəstə millət adlandırdı
Tarix: 11.07.2016 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Gürcüstanda yaşayan ermənilər növbəti dəfə Azərbaycana qarşı təxribat xarakterli tədbir keçiriblər. İyulun 10-da Tbilisidəki Surb Eçmiadzin erməni kilsəsində “Dolma festivalı” keçirilib. Festivalda Azərbaycan mətbəxinin gözəl, ləziz təamlarından olan kələm, yarpaq, pip və s. dolma nümunələri erməni mətbəxinin məhsulu kimi təqdim olunub.
Onların bu addımı festivala gələnlər və siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.
Dolma Azərbaycan yeməyidir.
Tədbirə gələn Ukraynadan olan turist Natalia Rudko deyir ki, dolma Azərbaycan yeməyidir: “Mən Bakıda və Azərbaycanın rayonlarında olanda bu gözəl təamın dadına baxmışam. Azərbaycanda yediyim dolmanın tamam başqa dadı var. Erməni kulinarlar elə dadlı, ləziz yemək hazırlaya bilməzlər. Amma başa düşmürəm ki, niyə dolmanı öz adlarına çıxarırlar və bu gün buraya toplaşanları aldadırlar. Yəqin burada nə isə gizli bir məqam var”.
Bizə dedilər ki, ermənilər qaçqınlar üçün nahar süfrəsi açıblar.
Bu sözləri isə Suriyadan və İraqdan olan qaçqınlar deyirlər: “Bizə dedilər ki, ermənilər qaçqınlar üçün nahar süfrəsi açıblar və bizi də dəvət ediblər. Bizi bura BMT QAK-ın Gürcüstan nümayəndəliyində işləyən bir qadın dəvət edib. Burada bizə plastik qablarda bir parça çörək və bir ədəd dolma verdilər. Dedilər ki, erməni milli mətbəxinin nümunəsidir. Amma biz dedik ki, bu, türk yeməyidir, əl ilə doldurulan ətli xörəkdir. Bizə bir az kənarda durmağı məsləhət bildilər. İndi də gözləyirik görək bu tamaşa nə zaman qurtaracaq”.
Əsl dolmanı azərbaycanlılar bişirirlər.
Tbilisi şəhər sakini Tamar Qoçeridze deyir: “Mənim azərbaycanlı qonşularım var. Əsl dolmanı da onlar bişirirlər. Biz bilirik ki, dolma Azərbaycanın milli yeməyidir. Ermənilər lap ağını çıxarıblar. Bu yaxınlarda bizim də yeməyimizi öz adlarına çıxarmışdılar. Bir neçə milli musiqimizi öz adlarına çıxarıblar. Görəsən bunlar nə istəyirlər? Bu qədər su bulandırmaqdan, ondan-bundan nəyisə oğurlamaqdan yorulmadılarmı bunlar? Düşünürəm ki, buna son qoyulmalıdır”.
Ermənilər Misir ehramlarının arxitektorunun da erməni olduğunu iddia edirlər.
Bu sözləri isə Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze söyləyib.
Alim ermənilərin bu addımını xəstə millətin növbəti təxribatı adlandırıb: “Ermənilər Misir ehramlarının arxitektorunun da erməni olduğunu iddia edirlər. Bu millətdən daha nə gözləmək olar!? Onlar müalicəsi olmayan xəstəliyə düçar olublar. Ermənilər təkcə Azərbaycan torpaqlarını işğal etməyiblər, gürcülərin də, azərbaycanlıların da milli mətbəxinə, tarixinə, mədəniyyətinə əl qoyublar”.
Gürcü alim hesab edir ki, Azərbaycan və Gürcüstan alimləri bir yerə toplaşıb öz sözlərini deməlidirlər.
“Bu xəstə millətin xəstə xülyalarına son qoyulmalıdır”, – deyə Kopadze vurğulayıb
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info