Jurnalistlər Dilqəm və Şahbazla görüşmək üçün BQXK-a müraciət edəcəklər
Tarix: 11.07.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedən və ermənilər tərəfindən girov götürülərək saxta məhkəmə əsasında Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaldıqları şərait və onların səhhəti ilə bağlı geniş auditoriyaya gərəkli, eləcə də, şəffaf informasiyaların çatdırılması baxımından “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupu yaradılıb. 
İyul ayının 11-də artıq Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən düz 2 il ötəcək. 

“Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərin təşəbbüs qrupu bir qrup jurnalist tərəfindən yaradılaraq, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini real olaraq, çatdırılması baxımından bir fürsət hesab edilir. Bu məqsədlə Təşəbbüs qrupuna könüllü olaraq, üzv olan jurnalistlərin siyahısı və müraciətləri birbaşa olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyinə, Ermənistan və Azərbaycan tərəfinin ombudsmanlarına təqdim olunacaq. 
Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə qurub, onları azadlıqdan məhrum etməklə erməni tərəfi, əslində, Cenevrə Konvensiyasının Beynəlxalq Hümanitar Hüquq Prinsiplərinin c) bəndinin müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi maddəsini, eyni zamanda Beynəlxalq humanitar hüququn əsas normaları bəndinin 7 maddəsini bütünlüklə pozmağa davam edir. 
İnsan Hüquqları Konvensiyasının müddəalarını nəzərə alaraq, müharibə şəraitində olan tərəflər arasında əsirlərin saxlanılma şəraitinə nəzarət, həmən əraziyə səfər etmək iqtidarında olan istənilən humanitar təşkilatın (xüsusən də, Beynəlxalq Qızıl Xaç Komitəsinin) müşayiəti ilə əsirləri görmək üçün şəraitin yaradılması məqsədə uyğundur.
Hazırda 4 mindən artıq soydaşımız Ermənistan tərəfində əsir və girovluqdadır. Onlardan Dilqəm Əsgərov və Şahbaz Quliyevin konkret olaraq saxlandığı yer məlumdur. Bu baxımdan “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərin təşəbbüs qrupunun başlıca məqsədi girovlara baş çəkməklə yanaşı, dünya ictimaiyyətinə yalan informasiyaların çatdırılmasının qarşısının alınması, həqiqi informasiyaların verilməsi, eyni zamanda real Azərbaycan həqqətlərinin beynəlxalq müstəvidə işıqlandırımasına nail olmaqdır. 
“Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupuna arzu edən istənilən xarici jurnalistlər də qoşulmaq, Təşəbbüs qrupunda təmsil olunmaq ixtiyarına sahibdir. 

“Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupuna qoşulmaq istəyən jurnalistlər “ulker.semedova@mail.ru” elektron ünvanına öz müraciətlərini göndərə bilərlər. 
Xatırladaq ki, Təşəbbüs qrupuna ilkin olaraq, VoicePress.az İnformasiya Bürosunun baş redaktoru Ülkər Musazadə, “Yeni Azərbayan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə, İnformasiya Təşəbbüsü Mərkəzinin rəhbəri Fuad Abbasov, Qurtuluş Tv-nin rəhbəri Rəşad Məmmədov, Mədəniyyət Tv-nin redaktoru Günel Rüstəmova, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul, "Lacin.info" saytının baş redaktoru Siyavuş Əmirli, “Shushapost.az” saytının baş redaktoru Səbuhi Abbasov və digər jurnalistlər də qoşulub.
İnformasiya Təşəbbüsü Mərkəzinin rəhbəri Fuad Abbasov



Fuad






 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib
21.01.2019
Mustafa Abbasbəyli Sahil Babayevə müşavir təyin edilib
21.01.2019
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələr yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info