“SOCAR Tower“ ilin ən yaxşı ofis binası seçilib
Tarix: 11.07.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün “Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib. 
SOCAR-dan verilən məlumata görə, müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilmiş “SOCAR Tower” “Ofis binası” nominasiyasında qalib gəlib. 
ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb. Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. 
SOCAR-ın yeni inzabati binası – “SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işləri 2010-cu ildə başlanılmış, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb
18.07.2019
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18.07.2019
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb
18.07.2019
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info