Səfir Əkrəm Zeynallı Luqanoda işgüzar səfərdə olub
Tarix: 11.07.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrənin Luqano şəhərində işgüzar səfərdə olub.Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən verilən məlumata görə, səfər zamanı Luqano şəhərinin meri Marko Borradori ilə görüşən səfir Ə.Zeynallı Azərbaycan və İsveçrə arasındakı münasibətlərin inkişaf dinamikasından bəhs edib, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin iki ölkənin regionları arasında da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.Səfir Ə.Zeynallı bu xüsusda Luqano şəhəri ilə Azərbaycanın şəhərlərinin biri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində. maraqlı olduğumuzu həmsöhbətin diqqətinə çatdırıb.Öz növbəsində Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnun olduğunu bildirən Luqano şəhərinin meri M.Borradori, Azərbaycanda son illərdə müşahidə olunan sürətli inkişafdan xəbərdar olduğunu qeyd edib. O, keçən il keçirilən Birinci Avropa Oyunlarını və bu ilin iyununda keçirilmiş Formula 1 yarışlarının Bakı Qran-Prisini televiziyadan canlı izlədiyini və gördüyü inkişafdan heyrətləndiyini xüsusi vurğulayıb.Luqano şəhərinin meri Azərbaycan ilə İsveçrə arasında əməkdaşlıq münasibətlərinin regionlararası əməkdaşlıq münasibətlərinin yaradılması ilə daha da inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını, bu çərçivədə Azərbaycanın uyğun şəhərlərindən biri ilə qarşlıqlı faydalı tərəfdaşlığın qurula biləcəyini bildirib.Görüşün sonunda Luqano şəhəri ilə səfirlik arasında mədəni sahədə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycanın həmin şəhərdə daha geniş təbliği üçün mədəni tədbirlərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info