Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar diqqətdə saxlanılır
Tarix: 11.07.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən növbəti tədbirdə 70-ə yaxın uşaq iştirak edib.
AZƏRTAC xəbər verir ki, uşaqlar əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər. Hazırda 4 min 600-dən çox eksponatın mühafizə olunduğu muzeydə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.Sonra uşaqlar Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Bildirilib ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlayıb, 2010-cu ildə muzey yeni bina ilə təmin olunub. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb.Daha sonra uşaqlar Naxçıvan Dövlət Film Fonduna gəliblər. Fondun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, qrafikə uyğun olaraq qarşıdakı günlərdə uşaqlar “Bir qalanın sirri”, “Sehrli xalat” bədii filmlərinə baxa biləcəklər. Uşaqlara Azərbaycan uşaq kinosunun inkişaf tarixindən, cizgi filmlərimizin çəkilməsindən də söhbət açılıb.
Sonra uşaqlar tanınmış rejissor Şamil Mahmudbəyovun 1966-cı ildə sevimli yazıçımız Süleyman Sani Axundovun “Qaraca qız” povestinin motivləri əsasında ekranlaşdırdığı eyniadlı filmə baxıblar.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün məqsədyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulub.Belə ki, proqramda bu qəbildən olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması, cəmiyyətə inteqrasiyası kimi mühüm məsələlər öz əksini tapıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan 825 uşaq təhsil alır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info