“Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirik"
Tarix: 11.07.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Valeri Sokurenko mətbuat konfransı keçirib. 
V. Sokurenko Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu gün Ukrayna və Azərbaycanın ortaq problemləri var. O deyib ki, UkraynaXocalı faciəsini tanıyır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, ölkəniz çox inkişaf edib. Bakıda bəzi yerlərlə tanış olanda bir daha bunun şahidi oldum”.
V. Sokurenko rəhbəri olduğu təhsil ocağı haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və orada 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədinin çalışdığını söyləyib: “Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır”. 
Rektor hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb: “Bu baxımdan azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması önəmlidir”. 
Sonra qonaq jurnalistlərin suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info