Ağdamda düşmənin dağıtdığı evlərin bərpası bu ay başa çatdırılacaq
Tarix: 11.07.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Bu ilin aprel ayında erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası və yenidən tikilməsi işləri davam etdirilir. Bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tamamilə dağılmış 8 evdən 7-də hörgü, beton, dam örtüyü, suvaq, elektrik işləri başa çatıb. Hazırda bu evlərdə döşəmə və tavan vurulur, malyar işləri görülür. Bir evdə isə dam örtüyü vurulur. Bərpa olunan evlərin 13-də işlər başa çatıb, 2-də suvaq işləri görülür. 26 evdə təmir işləri aparılıb. Qismən zərər dəymiş 150 evdə dəyən ziyan aradan qaldırılıb.Bərpa, təmir və tikinti işlərinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info