Somalidə silahlıların hərbi bazaya hücumu nəticəsində 10 hərbçi öldürülüb
Tarix: 12.07.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Əş-Şəbab” yaraqlılarının Somalidə yerləşən hərbi bazaya hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub. “RİA Novosti” xəbər verir ki, insident iyulun 11-də ölkənin paytaxtı Moqadişo şəhərinin cənub-qərbində baş verib.
Əvvəlcə minalanmış avtomobil hərbi hissənin qapısına çırpılıb, ardından “Əş-Şəbab” yaraqlıları bazaya hücum edib. Somali ordusunun nümayəndəsi atışma nəticəsində ən azı 10 əsgərin həlak olduğunu bildirib. Qruplaşma artıq hücumun məsuliyyətini öz üzərinə götürüb və əməliyyat nəticəsində 30 hərbçinin öldürüldüyünü bəyan edib. Xatırladaq ki, Somalidə “Əl-Qaidə” təşkilatı ilə bağlılığı olan “Əş-Şəbab” (“Gənc mücahidlər hərəkatı”) qruplaşması fəaliyyət göstərir. Onlar ölkənin mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparır. Qruplaşma 2008-ci ildə ABŞ-da terror təşkilatları siyahısına daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info