“Ukrayna Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir“
Tarix: 12.07.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Valeri Sokurenko mətbuat konfransı keçirib.
V. Sokurenko Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu gün Ukrayna və Azərbaycanın ortaq problemləri var. O deyib ki, Ukrayna Xocalı faciəsini tanıyır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, ölkəniz çox inkişaf edib. Bakıda bəzi yerlərlə tanış olanda bir daha bunun şahidi oldum”. Sokurenko rəhbəri olduğu təhsil ocağı haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və orada 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədinin çalışdığını söyləyib: “Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır”. Rektor hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb: “Bu baxımdan azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması önəmlidir”.








 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info