Cənubi Sudanda vəziyyət nəzarətdən çıxır
Tarix: 12.07.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Cənubi Sudanda Prezident Salva Kiirin və birinci vitse-prezident Rieka Maşarın tərəfdarları arasında yenidən toqquşmalar başlayıb. TASS informasiya agentliyi xəbər verir ki, döyüşlər nəticəsində 1 Çin sülhməramlısı həyatını itirib, 6 sülhməramlı isə yaralanıb.
Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bildirib. Nazirliyin məlumatına əsasən, qaçqın düşərgəsini qoruyan sülhməramlıları daşıyan zirehli avtomobilin artilleriya atəşinə məruz qalması nəticəsində 1 Çin sülhməramlısı həlak olub, 3-ü ağır olmaqla 6 sülhməramlı yaralanıb. Xatırladaq ki, 2013-cü il dekabrın ortalarında Cənubi Sudanda Kiiri dəstəkləyən dinka tayfasının nümayəndələri ilə Maşarın təmsil etdiyi nuer tayfası arasında münaqişə başlayıb. 2015-ci ilin avqustunda tərəflər arasında sülh sazişi imzalanıb, 2016-cı ilin yanvarında isə milli birlik keçid hökumətinin qurulmasına dair razılaşma əldə olunub. 2016-cı il iyulun 7-də - ölkənin müstəqilliyinin 5-ci ildönümündən 2 gün əvvəl paytaxt Cubada şiddətli toqquşmalar yenidən başlayıb. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb. Cənubi Sudanın Səhiyyə Nazirliyi ölənlərdən 33 nəfərin dinc sakin olduğunu bildirib. BMT-nin Təhlükəsizlik Şurası tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb və ölkəyə əlavə sülhməramlılar qrupu göndərməyə hazır olduğunu bəyan edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bəyan edib Cənubi Sudanda vəziyyət nəzarətdən çıxır. “Ölkə prezidenti Salva Kiir və yeni vitse-prezident Riek Maşar vətəndaşlara müraciət edərək onları təxribatlara uymamağa, sakitliyə çağırıb. Lakin zorakılığın qarşısını almaq mümkün olmayıb. Silahlılar mülki vətəndaşlar, o cümlədən BMT missiyasına hücum edib”, deyə S.Pauer bildirib.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info