Trampın əsas məsləhətçisinin Moskva səfərinin arxasında nə dayanır?
Tarix: 12.07.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Dövlət katibi postuna əsas namizədlərdən olan Karter Peyc vaxtilə “Qazprom”da məsləhətçi kimi işləyib

ABŞ prezidentliyinə namizəd Donald Trampın xarici siyasət üzrə əsas məsləhətçisi Karter Peycin bir neçə gün əvvəl Moskvaya səfər etdiyi məlum olub. Səfərin rəsmi məqsədi Rusiya İqtisad Məktəbinin məzunlarına diplomlarının təntənəli təqdimetmə mərasimində iştirak etmək olub.
Cənab Peyc yüzlərlə bakalavr və magistrlər qarşısında “Qeyri-stabil vəziyyətdə öz potensialını necə artırmalı” mövzusunda çıxış edib. O, Moskvaya şəxsi məqsədlə səfər etdiyini bildirərək siyasi məsələlərlə bağlı danışmaqdan imtina edib. ABŞ-da prezident seçkilərinin qaynar vaxtında əsas namizədin “sağ əlinin” Moskvaya səfəri birmənalı qarşılana bilməz. Qloballaşma problemim üzrə institutun direktoru Mixail Delyaqin “Komsomolskaya Pravda”ya bildirib ki, belə şəxsin Moskvaya səfəri təsadüfi ola bilməz. Ekspert qeyd edib ki, Peycin tələbələr qarşısında etdiyi çıxışda Trampın xarici siyasətinin müəyyən konturlarını oxumaq mümkündür: “Rusiya İqtisad Məktəbinin buraxılışlarında məşhur şəxslərin mühazirə oxuması ənənəsi var. Məsələn, onların qarşısında Barak Obama, məşhur polşalı siyasətçi Leşek Balçeroviç, İsrail Mərkəzi Bankının sədri, BVF sədrinin keçmiş birinci müavini Stenli Fişer, Meksikanın islahatçı prezidenti Ernesto Sedilo kimi şəxslər olub. Amma indiyə qədər heç kim dünyada Peyc kimi “məşhur iqtisadçı” olduğunu eşitməyib. İstisna deyil ki, Peyc Moskvaya başqa məqsədlər üçün səfər edib. Tələbələr qarşısında çıxış isə, sadəcə, səfərin maskalanması olub”. Tramp dövlət başçısı seçiləcəyi halda Peycin dövlət katibi təyin ediləcəyi gözlənilir. ABŞ-ın dövlət katibi kimi mühüm postuna Peycin təyin olunması ətrafında qızğın müzakirələr var. Məsələ ondadır ki, Trampın əsas məsləhətçisi Rusiyanın “Qazprom” şirkətinin də məsləhətçisi kimi çalışıb. Bu isə onun dövlət katibi təyin olunmasının qarşısını ala bilər. Birləşmiş Ştatların Hərbi-Dənizçilik Məktəbini bitirən Karter Peyc Pentaqonun silahlanma məsələsinə nəzarət şöbəsində çalışıb. 3 ali məktəb bitirən Karter London Universitetinin fəlsəfə doktoru olaraq Asiya, Afrika və Yaxın Şərq üzrə ixtisaslaşıb. 2000-ci ildən investisiya sahəsində fəaliyyətə başlayan Peyc “MerillLynch” investisiya bankının London filialında işə başlayıb. Ukraynalı milyarder Pinçukla münasibətləri qaydasına salması rəhbərliyin ona etimadını artırıb və 2004-cü ildə Moskvaya ezam olunub. Moskvada olduğu illər ərzində “Qazprom”la sıx əlaqədə olan Peyc neft-qaz müqavilələri, səhm yerləşdirmə, investisiya yatırımı, Saxalin və Oxot dənizindəki yataqların işlənməsi ilə bağlı yaxından fəaliyyət göstərib. 2007-ci ildə Nyu-Yorka qayıdarkən Moskvada onun üçün yolasalma gecəsi təşkil edilib və Rusiya siyasi elitasının nüfuzlu şəxsləri həmin gecənin iştirakçıları arasında olublar... 2008-ci ildə öz firmasını yaradan Peyc əsasən Rusiyadan aktivlərin alınması və rusiyalı investorların başqa ölkələrdə aktivlər alması sahəsində məsləhət xidmətləri göstərib. ABŞ-ın Rusiyaya sanksiyaları onun bir çox layihəsinin dayanmasına səbəb olub və o, sanksiyaların əleyhinədir. Onunla birlikdə çalışmış “Qazprom”un keçmiş vitse-prezidenti Yaçenko bildirib ki, Peyc Rusiyada nələr olduğunu yaxşı başa düşür və kəskin qərarlar qəbul etməkdən uzaqdır. Bu isə indiki çətin vaxtda həm Rusiya, həm AŞB, həm də bütün dünya üçün vacibdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info