Tovuzda əkin sahələri genişlənib
Tarix: 12.07.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Cari ildə Tovuz rayonunda kartofçuluq, taxılçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişlənib, idxalı əvəz edən ixracyönümlü yerli istehsalın yaradılması əsas prioritet istiqamətlərdən birinə çevrilib.Tovuzçay su anbarının istifadəyə verməsi və qeyri-neft sektorunun inkişafına yönələn ardıcıl islahatlar əkin sahələrinin artmasına səbəb olub.Rayon statistika idarəsindən verilən məlumata görə, cari ilin məhsulu üçün 26439 hektar sahədə əkin aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1287 hektar və ya 5,1 faiz çoxdur.Rayonda yazlıq bitkilərin kütləvi əkini əsasən basa çatıb. Yaz tarla işləri dövründə havaların müəyyən hallarda əlverişsiz keçməsi də ayrı-ayrı bitkilərin səpininə təsir etməyib.Bu ilin məhsulu üçün olan əkinlərin 629 hektarı və yaxud 2,4 faizi kənd təsərrüfatı müəssisələri, 25811 hektarı və yaxud 97,6 faizi əhali təsərrüfatlarına məxsusdur.Ötən illə müqayisədə kartof 529 hektar, dənli bitkilər 439 hektar, tərəvəz 45 hektar, günəbaxan 93 hektar, yem bitkiləri əkini isə 38 hektar artıb. Rayonda ilk dəfə olaraq 20 hektar tütün və 110 hektar şəkər çuğunduru əkilib.Hazırda aqrotexniki tədbirlər vaxtında və keyfiyyətli aparılır və bol məhsul gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info