“Prezidentin dini icmalara vəsait ayırması dövlətin dinə böyük himayəsidir”
Tarix: 12.07.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Azərbaycanda dini radikalizmə qarşı mübarizə bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Amma heç bir ailə sığortalanmayıb ki, onun övladı dini radikalizmin təsirinə düşə bilməz. Bunu bizim sifarişimizlə çəkilən “Fitnə” filmində övladı Suriyada döyüşən və həlak olan valideynlərin timsalında görmək olar. Onların çoxu möhkəm təməlli ailələrdir, amma övladları dini radikalizmin qurbanı olub”. 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Nizami Rayon İcra Hakimiyyətində keçirilən toplantıda bildirib. O deyib ki, Azərbaycanda hər yerdə dini radikalizmə qarşı mübarizə aparılmalıdır: “Dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə diqqət və qayğısı həmişə ön planda olub.  Bu yaxınlarda prezidentimiz dini icmalara xeyli vəsait ayırdı, bunun özü dövlətin dinə böyük himayəsidir”.
 
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub: “Bu istiqamətlərdən birincisi ideoloji mübarizədir. Radikal dini qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Ona görə də ideoloji baxımdan ciddi mübarizə aparılmalıdır”.
 
Komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir: “Dini radikalizmə qarşı mübarizədə üçüncü istiqamət iqtisadi sahədə olan mübarizədir. Biz imkan verməməliyik ki, bu cür insanlar pul vəsaiti əldə edib, özünü varlı kimi cəmiyyətə nümunə göstərsin. Onlara imkan verilməməlidir ki, maliyyə vəsaiti əldə etsinlər və ondan gəncləri öz təsirləri altına almaq üçün istifadə etsinlər. Biz bütün cəmiyyətin gücünü səfərbər edib, bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməliyik. Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info