“Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib
Tarix: 12.07.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib. Din xadimlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev Lerikdə mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi kimi tanınır.Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.S.Salahlı bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrilib.Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.Tədbirdə Lerik şəhər “Cümə” məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi İlham Əliyev, şəhər peşə məktəbinin direktoru, tarixçi Hüseynbala Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, ağsaqqal Musa Bədəlov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan Lerikdə tam dini sabitliyin olduğunu vurğulayıb, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin yayılmasının qarşısının alınmasının daim nəzarətdə saxlanıldığını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info