“Monitorinq qrupu bir neçə jurnalistin aksiyaçı qismində çıxış etdiyini müşahidə edib”
Tarix: 11.03.2013 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası (MŞ) Bakının Fəvvarələr meydanında keçirilmiş razılaşdırılmamış aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.
MŞ-dən daxil olan məlumatda bildirilib ki, qurumun Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olduqlarını müəyyənləşdirib. Qurumun monitorinq qrupu fərqləndirici geyimdə olan jurnalistlərə qarşı hər hansı təzyiq faktını qeydə almayıb, qrupun üzvlərinə də belə müraciət daxil olmayıb. MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkcə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyaçı qismində çıxış etdiklərini müşahidə edib. Monitorinq qrupunun üzvləri həmin şəxslərə hərəkətlərinin peşə etikasına zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışmaları ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, aksiya yerindən uzaqlaşıblar. Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdən istifadə etməyi, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir: “Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və obyektiv informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info