Ağstafada dörd körpü inşa edilir
Tarix: 12.07.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə bir körpünün inşası davam etdirilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa olunur.ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb.Kür çayı üzərində inşa edilən körpü 3 aşırımlı olmaqla uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpü 3 aşırımlı olmaqla uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpü də 3 aşırımlı, uzunluğu 66 metr, dəmir yolu üzərindəki körpü isə bir aşırımlı və 34 metr uzunluğunda olacaq. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq.Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info