Kəşmirdə baş verən toqquşmalar nəticəsində 31 nəfər həyatını itirib
Tarix: 12.07.2016 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Hindistanın Cammu və Kəşmir ştatında baş verən iğtişaşlar nəticəsində azı 31 nəfər həlak olub, 1300-dən artıq insan yaralanıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, həlak olanlar arasında polis əməkdaşları da var. Ümumilikdə isə iğtişaşlar nəticəsində 1365 nəfər yaralanıb. Onlardan 279 nəfər xəstəxanalara yerləşdirilib. Kəşmirdə etiraz aksiyaları Hindistanda terror təşkilatı kimi tanınan “Hizb-ul-Mücahidin” qruplaşmasının 21 yaşlı fəalı Burhan Müzəffər Vaninin öldürülməsindən sonra başlayıb. Cammu və Kəşmir Hindistanda əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdiyi yeganə ştatdır. Regionun Pakistana birləşdirilməsini tələb edən qruplar burada aktiv fəaliyyət göstərir. Hindistan ilə Pakistanın rəsmi sərhədinin olmadığı Kəşmirdə iki ölkə ərazisini bir-birindən ancaq ordular arasındakı nəzarət xətti ayırır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info