Ermənilər Cavaxetidə təxribata əl atmaq istəyir
Tarix: 12.07.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Erməni qatilin erməni ailəsini qətlə yetirməsi faktından özlərinəxas şəkildə yararlanmaq istəyirlər

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Gürcüstanın Axalkalaki rayonunun Vaçian kəndində dörd nəfərdən ibarət erməni ailəsi qətlə yetirilib. 37 yaşlı ana və onun 7,16 və 18 yaşlı övladlarının meyidi tapılıb. Meyitlər qətlə yetirildikdən bir neçə gün sonra qonşuları tərəfindən aşkar ediliblər. Təhqiqatın gəldiyi nəticəyə görə, ana və qızları başlarından küt alətlə aldıqları zərbə ilə, oğlan isə boğularaq qətlə yetirilib. Evin bütün əşyaları isə alt-üst edilib.
Təbii ki, bu qəbuledilməzdir. Azyaşlı uşaqların qətlə yetirilməsinə heç cür haqq qazandırmaq olmaz. Verilən məlumata görə, cinayəti törədən artıq həbs edilib. Lakin Ermənistanın «ArmenianReport» saytı bütün yaşananlara elə erməni mövqeyindən yanaşmağa çalışır. Sayt yazır: “Bəlkə də Vaçuan kəndində törədilən cinayət gürcülərin əməlidir, amma Gürcüstanın hüquq-mühafizə orqanları bunu qapatmağa çalışırlar.
Cavaxetidə erməni ailəsinin qətlə yetirilməsi bütün Ermənistanı ayağa qaldırıb. Hazırda erməni KİV-ləri bu qətllə 2015-ci ildə rus hərbçisi Valeriy Permyakovun Gümrüdə törətdiyi qətl arasında paralellər aparırlar.
Bu, başadüşüləndir. Axı hər iki cinayət qeyri-insani qəddarlıq vəziyyətində həyata keçirilib.
Lakin bütün bunlara baxmayaraq aparılan kiçik media təhlili qonşu ölkədə bu cinayətin qəddarlıq adlandırmaqdan yayınmağa çalışırlar. Belə təəssürat yaranır ki, öldürülənlər erməni olduğu üçün cinayət işi gürcülər üçün o qədər də maraq kəsb etmir. Lakin əgər öldürülənlər gürcü olsaydı, yerli mühafizə orqanları ilə yanaşı, Gürcüstan KİV-ləri buna necə münasibət bəsləyərdilər?
Doğrudur,Gürcüstanın mühafizə orqanları cinayətdə şübhəli bilinən erməni Nodar Akopyanı həbs ediblər. Əsas motiv kimi də, Akopyana qarşı zorlama ittihamı irəli sürülüb. Lakin bu, o qədər də inandırıcı görünmür. Buna görə də gürcü mətbuatında bu cinayəti oğurluq ittihamı kimi təqdim etməyə başlayıb. Guya, Rusiyada işləyən ailə başçısının ailəyə böyük məbləğdə pul göndərdiyi barədə xəbər eşidən Akopyan pulları oğurlamağa çalışıb. Lakin məqsədinə nail ola bilmədiyi üçün bütün ailə üzvlərini qətlə yetirib.
Təəssüf ki, Gürcüstanın hüquq-mühafizə orqanları erməni ailəsinin vəhşicəsinə qətlə yetirilməsini qərəzsiz araşdırması şübhə doğurur. Onlar yalnız Akopyanı şübhəli qismində təqdim etməyə çalışırlar. Lakin bütün bunlar həqiqəti deyirmi?
Bəlkə bu cinayət yerli gürcülər tərəfindən törədilib və Gürcüstanın hüquq-mühafizə orqanları Cavaxetidə millətlərarası münaqişədən qaçmaq üçün belə bir addım atmaq məcburiyyətindədir? Lakin biz bəzi qaynaqlardan əldə etdiyimiz məlumata görə, erməni ailəsini Akopyan yox, kəndə gəlmiş gürcülər qətlə yetiriblər.
Təəssüf ki, günahsız bir ailənin qətlində belə, gürcülər öz şovinist simalarını nümayiş etdirirlər. Özü də ermənilərin çoxluq təşkil etdiyi Cavaxetidə. Xatırlatmaq kifayətdir ki, Gürcüstan dövləti ölkədə miqrasiya qanunvericiliyi qəbul edərkən, yerli ermənilər bunu necə ağır qarşılamışdılar. Onların bir çoxu qonşu ölkələrdə işlmək imkanı qazanmaq üçün Rusiya və Ermənistan vətəndaşlığı almaq məcburiyyətində qalmışdılar. Beləliklə, onlar doğma torpaqlarında qonaq kimi yaşamaq məcburiyyətində qalıblar .
Gürcülər əzəli erməni torpağı olan Cavaxetinin Gürcüstanın tərkibində olduğunu və ana Ermənistana qovuşmaq istəyini də unutmasınlar. Hələ ki, İrəvan Cavaxeti ermənilərinin istəklərinə müsbət cavab vermir. Lakin rəsmi Tiflis bu oyunlarını davam edərsə, Ermənistan Cavaxeti məsələsinə qayıda bilər. Təbii ki, bu da gürcülər üçün heç bir yaxşı şey vəd etmir. Onlar əbədi olaraq itirdikləri Abxaziya və Cənubi Osetiyanın taleyini yada salmalıdırlar».
Buradan görünür ki, ermənilər öz millətlərindən olan bir qatilin öz soydaşlarını vəhşicəsinə qətlə yetirməsinə də siyasi don geydirir, bu qətli gürcülərin boynuna yıxmağa, separatçı şüarlarla çıxış etməyə çalışırlar. Bu, əsl ənənəvi erməni variantından başqa bir şey deyil. Bu barədə erməni həyasızlığı o yerə çatıb ki, hətta, Ermənistan KİV-i açıq şəkildə dünən ermənilərin köçürüldükləri Cavaxetini - Axısxa türklərinin ana yurdunu da öz adlarına çıxırlar. Gürcüstanı isə Cavaxetidə ölkə ərazisində üçüncü olacaq bir separatçı qurum yaratmaqla hədələyirlər. Doğrudan da, əslində erməni terrorçuluğu və separatizmi məhz onların öz qatillərinin törətdikləri bu cür qurama qətl hadisələri ilə başlayıb. Bu barədə 1980-ci illərin sonunda Sumqayıtda törədilmiş erməni təxribatlarını yada salmaq yetər. Görünən dağa nə bələdçi?!
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info