Britaniya hökuməti: “Ölkə selə, güclü istilərə və ərzaq qıtlığına hazır olmalıdır”
Tarix: 12.07.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


“İndependent”:
“Birləşmiş Krallıqda ərzaq qiymətləri arta bilər”

Son zamanlara qədər Avropanın və dünyanın ən sabit və firavan dövlətlərindən olan, dünyada ən sabit valyutalardan birinə sahib Böyük Britaniyada Avropa Birliyindən çıxmağı şərtləndirən referendum sonrası ciddi narahatlıqlar yaşanmaqdadır. Müxtəlif beyin mərkəzləri tərəfindən ölkənin ciddi risklər və böhran təhlükələri ilə üzləşəcəyi indiyə qədər AB-dən çıxma - Brekzitlə bağlı da bildirilirdi. Buraya iqtisadi-siyasi və sosial böhranlar aid edilirdi.

İndi isə Britaniya hökumətinin özü ölkəni gözləyən risklərlə bağlı dilə gəlib. Hökumət bu barədə məruzə ilə çıxış edib. Bununla belə, bir qədər başqa formada. Belə ki, Britaniya hökuməti ölkənin üzləşə biləcəyi böhranları və qıtlığı bir qədər qlobal faktorlarla, ekstremal hava şəraiti və iqlim dəyişikliyi ilə izah etməyə çalışıb. İndiyə qədər Brekzit və digər ictimai-siyasi proseslər nəticəsində Britaniyanın üzləşə biləcəyi risklər və məhrumiyyətlər, bu yolla hökumətin özü tərəfindən özünəxas tərzdə çatdırılır. Belə ki, Britaniya hökuməti əhaliyə sel, güclü istilər və ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib. Ölkənin media qurumu olan “İndependent” yazır ki, hökumət əhalini bu cür fəlakətlərə qarşı hazır olmağa çağırıb və bildirib ki, ölkədə sel, güclü istilər və ərzaq qıtlığı böhranı ola bilər. Bununla bağlı hökumətin məruzəsində o da bildirilir ki, quraqlıqlar və tufanlar kənd təsərrüfatını dağıdacağı təqdirdə, Birləşmiş Krallığın ərzaq tədarükü ciddi risklə üzləşə bilər: “Bununla bağlı gücləndirilmiş tədbirlər görülməlidir ki, Britaniyanı daşqınlardan, ölümcül istilərdən, su qıtlığından və beynəlxalq ərzaq qıtlığı şəraitindən xilas etsin. Dünyada gedən istiləşmənin nəticəsi olaraq planetdə bu məsələlərlə bağlı risklər getdikcə artmaqdadır”.
“İqlim Dəyişikliyi Riskinin Qiymətləndirilməsi” məruzəsini yazan əsas alim Lord Krebs vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı əsas cavabın istilik qazlarının azaldılması olmasına şübhə olmamalıdır. Amma o, əlavə edib ki, “atmosferə sovrulan tullantılara görə baş verən qaçılmaz dəyişikliklərə qarşı hazır olmaq həlledicidir”. Britaniya hökumətinin məruzəsini şərh edən bu amerikalı alim bildirib ki, indi iqlim dəyişikliyi o qədər sürətlə baş verir ki, insanlar ekstremal hava şəraitini öz gözlərilə aydın şəkildə görür və dəriləri üzərində hiss edirlər.
İqlim Dəyişikliyi Komitəsi tərəfindən edilən məruzədə isə Britaniya hökumətinə məsləhətlər verilir və bildirilir ki, əgər dünya orta istiləşmə həddini 2C-yə qədər saxlasa belə, quraqlıqlar zamanı çaylarda 30 faiz su qıtlığı olacaq, güclü yağmurlar zamanı isə suyun kütləsi 20 faiz artmış olacaq. Cənub-Şərqi İngiltərədə isə istivurmadan ölənlərin sayı, ildə 700 nəfərdən 1000 nəfərə qədər arta bilər. 4C qlobal istiləşmə isə “adaptasiya ilə qaçılması mümkün olmayan ciddi təsirlərə” səbəb ola bilər. Bununla isə ekstremal hava hadisələrindən insanlara ciddi zərər dəyə bilər. Xüsusilə də daha həssas qruplara aid insanlar təhlükəli risklərlə üzləşəcəklər. Aqrar torpaqların 70 faizinin “qeyri-münbit” olacağı və daşqın zərərinin üçqat artacağı bildirilir. Bütün bunların nəticəsi olaraq Britaniyada ərzaq qiymətlərinin artımının risk altında qalacağı da söylənilir: “İndi ən pis şəraitə hazır olmaq zamanıdır”.
İndi izah etmək çətindir ki, sözügedən ölkədə Brekzit bu “qlobal istiləşmə”ni aktuallaşdırıb, yoxsa əhaliyə gözlənilən məhrumiyyətlərin məhz qlobal iqlim dəyişikliyi ilə bağlı olmasını həzm etdirmək daha “ağrısız” ola bilər...
Rasim Babalı





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info