Gənclik bəzi gənclərin təxribatçı qüvvələr tərəfindən istifadəsindən narazıdır
Tarix: 11.03.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Daşqın Qənbərov: “Radikal müxalifəti antimilli xarici qüvvələrin "obyektinə" bənzədirəm”
Şahin İsmayılov: “Bu, gəncliyə yaraşan hal deyil”
Vüqar Əhmədov: “İstəməzdim ki, gənclər bu cür təxribat planlarının alətinə çevrilsinlər”

“NİDA” adlı hərəkatın bir neçə gəncinin cəmiyyətdə təhlükəsizliyi pozmaq və təxribatlar üçün “Molotov kokteyli” hazırlamaları və bunu ilkin dindirilmə zamanı etiraf etmələri cəmiyyətin sərt qınağına səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələri, xüsusən də gənclər, gənclər təşkilatlarının nümayəndələri bu olayı birmənalı olaraq pisləyir, bu cür gəncləri antimilli qüvvələrin təxribatına uymamağa çağırırlar. Bu barədə qəzetimizə fikirlərini bildirən gənclər də eyni cür düşünürlər.
Məsələn, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov “Palitra”ya açıqlamasında olayı və həmin gəncləri qınadı: “Mən bizim radikal müxalifəti dövlətimizə və dövlətçiliyimizə qarşı mütəmadi olaraq təxribatlar hazırlayan, beynəlxalq nüfuzumuza kölgə salmağa çalışan, ümumiləşdirilmiş formada desək, xalqımıza qarşı düşmənçilik aparan xarici qüvvələrin öz çirkin niyyətlərini reallaşdırmaq məqsədi ilə müəyyən haqq müqabilində istifadə etdikləri obrazlı şəkildə desək, "obyektə" bənzədirəm. Həmin xarici qüvvələr bu obyektin vasitəsi ilə saxta ideyalar, yararsız amallar, vaxtı ötmüş şüarlar və sair "istehsal" etməklə siyasi savadı olmayan, dar düşüncəli, məhdud təfəkkürlü insanlara "satmağa" çalışırlar. Çox təəssüf ki, cəmiyyətdə hər kəs yüksək siyasi savada, yüksək intellektə, yüksək analitik təfəkkürə malik olmur.
Öncə qeyd etdiyim kimi, bu "bazarda" onlar öz məhsullarını səriştəsiz insanlara sırımaqla guya böyük iş görmüşlər kimi fəxr edirlər.
Amma onlar unudurlar ki, hər şeyin zamana ehtiyacı var. Vaxt ötəcək, onların bu saxta "mallarının" üstü açılacaq və onlar növbəti dəfə biabır olacaqlar, necə ki, indiyə qədər dəfələrlə biabırçı vəziyyətə düşüblər. Qaldı ki, NIDA hərəkatına, mən hesab edirəm ki, bu hərəkat da, öncə qeyd etdiyim kimi, xalqımıza qarşı xarici düşmənlərimizin yeni bir layihəsidir. Təbii ki, hər bir layihənin məqsədi və hədəfləri olur. NIDA layihəsinin də məqsədini həbs olunan NIDA-çılar açıq şəkildə etiraf etdilər”.
Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da bizə açıqlamasında bu məsələni birmənalı şəkildə pislədi: “Mən bu hadisədən təəssüflənirəm. Bir Azərbaycan gənci olaraq həmin gənclərin bu işindən çox pis oldum. Ümumiyyətlə, biz Azərbaycan gəncləriyik, sivil fəaliyyət və inkişaf tərəfdarıyıq. Belə bir halda, aramızdan kiminsə “Molotov kokteyli” düzəldib qeyri-sivil işlərə əl atması yolverilməzdir. Bu, gəncliyə yaraşan hal deyil. Kiminsə əlində alət olub, ajiotaj yaratmaq, səs-küy salmaq, ictimai asayişi və təhlükəsizliyi bu cür üsullarla pozmağa çalışmaq yalnız antiazərbaycan qüvvələrinin işi ola bilər. Bu baxımdan hələ həqiqətləri dərk etməyən bəzi gənclərin onların alətinə çevrilməsinin qarşısı alınmalıdır. Bu ərəfədə bu cür hadisələrin baş verməsi də həmin antimilli qüvvələrin sürəkli olaraq məlumatsız gənclərdən, hətta yeniyetmələrdən istifadəyə çalışdığını göstərir. Belə işlərə uyan bəziləri anlamalıdırlar ki, hərəkətləri ilə cəmiyyətə yalnız ziyan verirlər. Ona görə də bu hadisə olduqca mənfi qiymətləndirilir və Azərbaycan gəncliyi tərəfindən qəbul edilmir. Bu hadisə Azərbaycan gəncliyi tərəfindən sərt şəkildə qınanır. Bu cür gənclər Azərbaycan gəncliyinə inteqrasiya olunmalı, gənclik üçün yaradılmış bütün imkanlardan normal şəkildə bəhrələnməlidirlər. Yalnız bu şəkildə onlar layihələrə qatıla, özlərini inkişaf etdirə və qazana bilərlər. Əks halda, onların destruktiv ünsürə çevrilməsi qaçılmazdır. Ona görə də bu cür gənclər gələcəklərini yaxşı qurmaq üçün indidən bu cür yanlışlıqlardan çəkinməli, Azərbaycan cəmiyyətinin inkişafı prosesinə qatılmalıdırlar”.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov isə bizə fikirlərini belə bildirdi: “Bu hadisəyə və həmin gənclərin əməlinə münasibətim çox pisdir. Burda ən təhlükəli olan hələ yenicə gənc olan tələbələrin bu cür təhlükəli meyillərə sövq edilməsidir. Onlar nə etdiklərini dərk etmirlər. Onları bu istiqamətə yönəldənlər bəzi gəncləri radikallaşdıraraq dövlətçilik əleyhinə yönəltmək istəyir. Ölkəmizin xaricdən bu qədər düşməni, torpaqlarımızın işğal altında olması dövründə bu cür hərəkətlər yolverilməzdir. İstəməzdim ki, gənclər bu cür təxribat planlarının alətinə çevrilsinlər”.
O qeyd etdi ki, icazəsiz aksiyaya çıxan gənclər də müəyyən qüvvələrin təsiri altına düşüblər: “O cür təxribata getdiklərini dərhal etiraf etmələri göstərdi ki, onlar peşman olublar. Anlayırlar ki, dövlətçilik əleyhinə getmək böyük bir səhvdir. Ümid edirəm ki, bunu görən və nümayişə çıxan gənclər bundan zamanında düzgün nəticə çıxaracaq. Gənc nədənsə narazı ola bilər, demokratik cəmiyyətlərdə bu, normal haldır”. V.Əhmədovun fikrincə, mübarizə üsulunu dağıdıcılıq üzərində quraraq iğtişaşlara çalışmaq öz dövlətinə, millətinə qarşı olmaq deməkdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info