“İxracın artırılması üçün rəqabətə davamlı məhsul istehsal etməliyik”
Tarix: 12.07.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


“Regionlarda kənd təsərrüfatı məhsullarının emaledici sahələrini inkişaf etdirməliyik”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bir sıra məsələlərə toxundu. Dövlət başçısı bildirdi ki, ölkədə sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq: “Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək.
Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. İndi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik”.
Mütəxəssislər də bu gün ölkədə sənaye və kənd təsərrüfatının daha da inkişafı istiqamətində tədbirlərə ehtiyac olduğunu deyir. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Regionların potensialının daha səmərəli istifadəsi üçün resurs potensialı önə keçib. Bizim regionlarda böyük, zəngin imkanlar var. Həmin imkanlar, hələ ki, tam istifadə olunmur. Bu ilk öncə insan potensialıdır və təbii sərvətlərdir. Yəni sənaye parklarının, texnoparkların, aqroparkların yaradılmasında ən vacib məsələ yerli resurslar əsasında emaledici sahələrin inkişaf etdirilməsidir. Bildiyiniz kimi, indi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Belə ki, qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı lokomotiv rolunu oynaya bilər. Prezident öz çıxışında xüsusi qeyd etdi ki, biz ixracyönümlü sahələrə fikir verməliyik. Biz yalnız öz tələbatımızı ödəməklə kifayətlənməməliyik, bizim məqsədimiz odur ki, eyni zamanda məhsulumuzu ixrac edək. Regionlarda kənd təsərrüfatı məhsullarının emaledici sahələrini inkişaf etdirməliyik. Bunun üçün yerli idarəetmə orqanlarının məsuliyyəti xeyli artıb. Onlar təşəbbüslə çıxış etməlidirlər ki, hansı bölgədə hansı emaledici sahələr yaratmaq olar. Bunun üçün imkanlar var. Bu məqsədlə regionlarda mütləq müxtəlif biznes-forumlar keçirilməlidir, sərgilərin keçirilməsi lazımdır. Yəni xarici investor, yaxud daxildə başqa bölgədən olan investisiya qoymaq arzusunda olan sahibkar haradan bilsin ki, hansı bölgədə nə imkanlar var. Bunun üçün hər bir bölgə belə sərgilərin, biznes-forumların keçirilməsində maraqlı olmalıdır. Orada hansı emaledici sahələrə yerli idarəetmə orqanları tərəfindən dəstək olacağı prioritet sahələr xüsusi qeyd edilməlidir. Resurs imkanlarının istifadəsi üçün təkliflər verməlidirlər. Bu da regionlararası rəqabətin artmasına səbəb olacaq. Fikrimcə, regionların inkişafı ilə bağlı, hətta reytinq cədvəli də tərtib etmək olar ki, son illərdə hansı regionlara daha çox investisiya yatırılıb və bu nəyin hesabına olub- yerli idarəetmə orqanlarının təşəbbüsü, yaxud mərkəzi idarəetmə orqanlarının təşəbbüsü ilə olub? Ümumiyyətlə, bu sahədə dirçəliş olarsa ölkə başçısının çıxışında qeyd etdiyi təkliflər öz əksini tapacaq.
- Ölkə başçısı bildirdi ki, bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb və qısa müddət ərzində bu sahədə çox ciddi dönüş yaradılıb. Bununla yanaşı, sənaye mərkəzlərinin yaradılmasının da vacibliyi bildirildi. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var?
- Sənaye mərkəzləri öncə yerli resurslara söykənməlidir. Yerli resursların emal edilməsi, hazır sənaye məhsulunun buraxılması üçün yerli idarəetmə orqanları konkret təkliflə çıxış etməlidir. Mərkəzi idarəetmə orqanları təklif edirlər və dəstəkləyirlər ki, kənd təsərrüfatında bir neçə sahə prioritet ola bilər. Bu, pambıqçılıq, üzümçülük, baramaçılıq, tütünçülük, çayçılıqdır. Ancaq hər regionun öz imkanları var. Yəni yerli idarəetmə orqanları önə çıxartmalıdır ki, bizim regionda bu sahə olmalıdır. Bunu hər region edə bilməz. O region təşəbbüslə çıxmalıdır ki, orada istifadə olmamış resurs potensialı zəngindir, onu istifadə etmək üçün nə etmək lazımdır. İnvestisiya cəlb etməlidir, eləcə də təbliğ etmək vacibdir. Bunun üçün sayt yaradılmalıdır, görüşlər keçirilməlidir. Yəni belə fikir yaranır ki, guya yerli idarəetmə orqanları yalnız hökumətdən gözləyirlər ki, siz tapşırıq verin biz yerinə yetirək. Bu düzgün deyil. Məsələn, regionlar belə bir təşəbbüs irəli sürməlidirlər ki, Balakən rayonunda fındıqçılığın inkişafı üçün bu imkanlar var, biz bunu edirik, təklif edirik ki, investisiyalar bu sahələrə qoyulsun. Onlar bununla bağlı bir sərgi təşkil etməlidirlər. Türkiyədən, Gürcüstandan, İrandan, Rusiyadan investorlara məktublar yollasınlar, təklif etsinlər. Oturub gözləmək siyasəti düzgün deyil. Yerli idarəetmə orqanları fəal olmalıdırlar. Onda Prezidentin irəli sürdüyü vəzifələri yerinə yetirə biləcəklər.
- Qeyri-neft sektorunun inkişafı imkan verəcəkmi ərzaq təhlükəsizliyini təmin edək?
- Ərzaq təhlükəsizliyini heç bir ölkə tam təmin etmir. Ancaq Azərbaycan bütövlükdə özünü təmin edib. Bizdə kənd təsərrüfatı məhsulunun istehsalını sona çatdırmaq üçün onu emal etmək lazımdır. Bu sahədə imkanları biz hələ tam istifadə etməmişik. Diqqəti ona yönəltməliyik ki, məsələn, pambıqdırsa, onu xammal pambıq kimi satmayaq, pambıq parçası kimi sataq. Çünki onun dəyəri xammal pambıqdan xeyli yüksəkdir. Yaxud biz üzüm satmayaq, şərab məhsulu kimi sataq. Eləcə də barama satmayaq, ipək parça sataq. Yəni bu artıq emaledici sənaye məhsulları olacaq. Onun əlavə dəyəri artacaq. Kənd təsərrüfatında ərzaq təhlükəsizliyini bütövlükdə təmin etmişik, ancaq çatışmazlıqlar var. Bunun üçün də mütəxəssislər var və bu sahədə çalışırlar.
-Ölkə başçısının toxunduğu məsələlərdən biri də odur ki, idxaldan asılılığı aradan götürməliyik. Sizcə, öz məhsullarımızla xarici bazarlarda yer tuta bilərikmi?
- Bu çox vacib məsələdir. İxracın artırılması üçün rəqabətədavamlı məhsul istehsal etməliyik. Biz gərək elə məhsul istehsal edək ki, o, qiymətinə, keyfiyyətinə görə rəqabətədavamlı olsun, cəlbedici olsun. Dünya bazarında heç kim bizi gözləmir. Heç kim öz yerini bizə verməyəcək. Rəqabət baxımından böyük təcrübəmiz yoxdur. Ancaq yavaş-yavaş bu istiqamətdə işlər görülməlidir. Bizim özünəməxsus Azərbaycan məhsulu brendi dünyada öz yerini tutmalıdır. Bunun üçün də çox ciddi işlər görülməlidir. Bu o demək deyil ki, məhsul buraxdınsa onun gəlirini tam əldə edəcəksən. Məhsul buraxdınsa həm keyfiyyətinə, həm də qiymətinə görə rəqabətədavamlı olmalıdır. Bu sahədə müvafiq marketinq işləri gücləndirilməlidir. Tədricən dünya bazarında layiqli yerimizi tutacağıq.
-Bildirildi ki, yeni sənaye mərkəzlərinin yaradılmasının əhalinin işlə təminatında da mühüm rolu ola bilər...
- Emaledici sahələr bir tərəfdən ixtisaslı mütəxəssisləri tələb edir, digər tərəfdən yeni iş yerləri yaradır. Bu iki iş eyni çərçivədə həll olunmalıdır. Əgər bu yeyinti sənayesidirsə, adi işsiz adamı texniki işçi kimi götürmək olar. Təbii ki, emaledici sahə üçün mütəxəssislərin hazırlanması, ixtisas artırması paralel getməlidir. Biz zavodu tikək, ancaq bir ildə mütəxəssis hazırlanmasını gözləmək olmaz. Məsələn, bizdə şəkər zavodu açıldı, hələ indi də bəzi mütəxəssislər xaricdən gəlmədir. Tədricən yerləri yerli mütəxəssislər tutur. Ancaq bu, vaxtdır. Biz gərək vaxtı itirməyək. Hansısa emaledici müəssisə tikiriksə orada menecer tərkibi, texniki işçilər, mühəndis kadrlar gərək yerli kadrlar olsun. Mütəxəssis hazırlığı, müəssisənin inşası və istifadəyə verilməsi strategiyası paralel aparılmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info