Ukraynada azərbaycanlı tələbələrin sayı artır
Tarix: 12.07.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Emil Həşimov: “Ukraynada yaşlı diaspor üzvlərimiz öz iş prinsiplərini gənc nəslə ötürə biliblər”

Müsahibimiz Emil Həşimov 1993-cü ildə Ukraynanın Xarkov şəhərində anadan olub. O, Ukraynanın Dəmir yolu İnstitutunu bitirib. Ehtiyatda olan zabitdir. Hazırda Xarkov Milli Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirir. Eyni zamanda Xarkovda məhkəmədə çalışır. Boş vaxtlarında idman və musiqi ilə məşğul olan Emil diaspor fəaliyyətində də aktivlik göstərir. Qeyd edək ki, Emilin atası Ələmdar Həşimov uzun müddət Ukraynada hüquq-mühafizə orqanlarında çalışıb. Hazırda təqaüddə olan Ələmdar müəllim də diaspor işində yaxından iştirak edir.

-Ukraynadakı Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq edirsizmi?
-Ukraynada, eləcə də Xarkovda bir sıra böyük və kiçik milli diaspor təşkilatları mövcuddur. Bəli, bu təşkilatların bir neçəsi ilə əməkdaşlıq edirik. Lakin mən, əgər diaspor təşkilatı sədri olsaydım, konkret bir layihə hazırlayardım. Bu layihə çərçivəsində bütün bu təşkilatları birləşdirərdim. Bundan sonra Azərbaycanı düzgün formada təmsil və təbliğ edərdim.
-Belə başa düşdüm ki, azərbaycanlılar Ukraynada lazımi səviyyədə ölkəmizi təmsil etmirlər?
-Bəzi azərbaycanlılar Ukraynada uzun müddət yaşasalar da, yerli dildə normal danışa bilmirlər...
-Soydaşlarımız rəsmi orqanlarda yetərincə təmsil olunurlarmı?
-Azərbaycanlılar Ukraynada müxtəlif rəsmi vəzifələrdə çalışırlar. Bu da Azərbaycanın müsbət imicinin formalaşmasında böyük rol oynayır.
-Uzun müddət Ukraynada yaşayan soydaşlarımız orada cəmiyyətə inteqrasiya olunublarmı?
-Təbii ki, bu məsələdə dil baryeri var. Əgər Ukrayna və ya rus dilini bilirlərsə, çox rahat şəkildə inteqrasiya olunurlar. Əgər dil problemi varsa istər-istəməz çətinliklər yaranır.
-Soydaşlarımız Xarkovda Vətəni necə yad edirlər?
- Elə azərbaycanlılar var ki, uzun müddətdir Ukraynada yaşayırlar. Amma buna baxmayaraq, onlar Xarkovda Azərbaycanın əlamətdar günləri ilə bağlı bir sıra tədbirlər keçirirlər.
-Bəs yerli xalqın azərbaycanlılara qarşı münasibəti necədir?
-Çox yaxşıdır, hətta qardaşlıq münasibəti var. Təbii ki, əsrlərlə bu münasibət var. Ukraynaya hər il azərbaycanlı tələbələr gəlir. İldən-ilə bu tələbələrin sayı artır. Başqa xalqlarla müqayisədə Ukrayna ilə Azərbaycan arasında çox sıx əlaqələr var. Xüsusən, təhsil sahəsində münasibətlər daha yaxındır.
-Azərbaycanlı tələbələr Ukraynada ölkəmizin müsbət imicini formalaşdıra bilirmi?
- Bəli, tələbələrimiz Azərbaycanı lazımi səviyyədə təmsil edirlər. Xüsusən rusdilli gənclərimiz Azərbaycan haqqında çox müsbət imic yaradıblar. Çünki onlar dil baryerini keçdiklərinə görə yerli xalqa özlərini və eləcə də ölkəmizi təqdim edə bilirlər. Düzdür, neqativ tələbələr də var. Amma bunlar çox azdır.
- Sizin təhsil aldığınız Xarkov Milli Universitetində rəhbərliyin azərbaycanlı tələbələrə qarşı münasibəti necədir?
- Universitet rəhbərliyi azərbaycanlı tələbələrə çox hörmətlə yanaşırlar.
-Ukraynada doğulan gənc azərbaycanlı olaraq Vətəndən gələn tələbələrimizə nə kimi kömək göstərə bilirsiz?
-Qeyd etdiyim kimi, Ukraynada çoxlu azərbaycanlı gənc təhsil alır. Onların hər hansı problemi olursa, əlimdən gələn köməkliyi göstərirəm.
-Yaşlı və gənc diaspor üzvləri bir-birlərini nə dərəcədə anlayırlar?
-Sovet dövründə Ukraynaya gələn azərbaycanlılar burada diasporumuzun təməlini təşkil edirlər. Onlar öz iş prinsiplərini gənc nəslə ötürə biliblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Tələbə təqaüdümdən evə göndərməyə də pul çatır”
09.04.2019
“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilirlər”
08.04.2019
Azərbaycan diasporunda yenilik edən Qarabağ qazisi
08.04.2019
Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir
05.04.2019
“Vergilər Nazirliyi tərəfindən hesabat formalarının optimallaşdırılması ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info