Neft Fondu “Brexit“dən zərər görməyib
Tarix: 13.07.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Türkiyənin daşınmaz əmlak bazarı bizim üçün maraqlıdır, variantları nəzərdən keçiririk”.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) funt-sterlinqə investisiyaları dəyişməz olaraq qalıb. Bunu APA-ya açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, fond "Brexit"dən zərər görməyib: "Bizim investisiya portfelimizdə funt-sterlinqin payı dəyişməz qalıb. Ümumi portfelimizin 5%-nin funt-sterlinqə yatırılmasının əsas səbəbi diversifikasiyadır ki, biz buna böyük önəm veririk. Biz vəsaitimizi müxtəlif valyutalarda ona görə saxlayırıq ki, baş verən dəyişkənliklər portfelə ciddi təsir etməsin. Çox adam deyir ki, funt-sterlinq dəyərdən düşüb. Amma məsələnin başqa tərəfi də var axı: funt sterlinq dəyərdən düşübsə, deməli, başqa valyutanın dəyəri artıb. Başqa valyuta deyəndə biz dolları nəzərdə tuturuq. Bizim isə portfelimizin 50%-i dollardadır. Deməli, portfelimizin 50%-i dəyər qazanıb. Buna görə, biz nisbi valyuta dəyişkənliyini nəzərə almırıq". Fondun icraçı direktoru bildirib ki, ARDNF xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq üçün müxtəlif variantları nəzərdən keçirir: “Türkiyə bazarı bizim üçün maraqlıdır, variantları nəzərdən keçiririk. Yaxşı imkanların olduğu ölkələr daim diqqətimizdədir”. Şahmar Mövsümov onu da qeyd edib ki, devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır: "Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə isə vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır. Heç zaman hansısa valyutanın ardınca qaçmaq lazım deyil. Bu cür əməliyyatlar yüksək riskli spekulyativ əməliyyatlar sayılır. Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik olan treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info