“Məmnuniyyətlə Azərbaycanda məşqçi işləyərdim”
Tarix: 13.07.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“SSRİ dövründə bir neçə dəfə Bakıda olmuşdum. Həmin dövrdə Azərbaycanın ən güclü komandası “Neftçi” idi və azarkeşlər bu klubun oyunlarına baxmağa gedirdilər.
Yadımdadır, Respublika stadionu həmişə dolu olurdu”. Bu sözləri “Mançester Yunayted”in və Rusiya yığmasının sabiq futbolçusu Andrey Kançelskis deyib. Karyerası ərzində İngiltərə, Şotlandiya, İtaliya və Səudiyyə Ərəbistanında legioner həyatı yaşamış keçmiş yarımmüdafiəçi “moscow-baku.ru” saytına müsahibə verib.
İkiqat İngiltərə və Şotlandiya çempionu, Avropa Superkubokunun qalibi Bakı ilə bağlı da danışıb. O, söhbət əsnasında Azərbaycanda çalışmaq istədiyini də dilə gətirib: “Bakıda dostlarım çoxdur və indi də tez-tez bu şəhərə gedirəm. Bakı həddindən artıq gözəlləşib. Həmişə oraya getdiyimə görə şad olmuşam. Artıq 3 dəfə Azərbaycan toyunda iştirak etmişəm. Azərbaycan mətbəxi dünyanın ən yaxşıları sırasındadır. Ən əsas isə bu ölkədə insanların isti münasibətidir. Məmnuniyyətlə Azərbaycanda məşqçi işləyərdim”. Qeyd edək ki, 2 il öncə Kançelskisin Azərbaycana səfər çərçivəsində “Bakı” klubunun bazasına baş çəkməsi bəzi söz-söhbətlərə səbəb olmuşdu. Onun paytaxt təmsilçisinin “sükanı arxası”na keçəcəyi yönündə xəbər yayılmışdı. Lakin Kançelskis Rusiya mətbuatına açıqlamasında Bakıya şəxsi işlərinə görə gəldiyini bildirərək, həmin məlumatı təkzib etmişdi. Məşqçiliyə 2009-cu ildə başlayan Kançelskis karyerası ərzində “Torpedo-ZİL”, “Ufa”, “Volqa”, “Yurmala” (Latviya) və “Solyaris” klublarını çalışdırıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info