“Dəyişikliklərə psixoloji cəhətdən hazır olmalıyıq”
Tarix: 11.03.2013 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


“Astoria Baku” hotelində, "Gənclərin Maarifləndirilməsinə Kömək" və "Yeni Nəsil" GİD ictimai birliklərinin təşkilatçılığı ilə gənclərlə ziyalıların qarşılıqlı fikir mübadiləsinə həsr olunmuş konfrans keçirilib. Bu barədə "Gənclərin Maarifləndirilməsinə Kömək" ictimai birliyindən məlumat verilib.
Görüşdə gənc fəallarla yanaşı millət vəkili Fazil Mustafa və digər tanınmış ziyalılar iştirak edib. Görüşün məqsədi gənclərin Avropaya inteqrasiyası və turizm mövzusunda gənclərin fikirləri, təkliflərini dinləmək, gənclərə bu istiqamətdə müvafiq tövsiyələr vermək, həmçinin QHT-lər olaraq onlara nə kimi köməkliklər göstərilə biləcəyini müzakirə etmək olub. Görüş zamanı öncədən iştirakçılara bildirildiyi kimi, “Ölkəmizdə turizmin inkişafı istiqamətində görüləcək işlər” və “Ölkə gənclərinin dünyaya inteqrasiyası” mövzularında geniş müzakirə aparılıb.
Tədbirdə "Gənclərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyinin sədri İlkin Abdiyev bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da gənclərin fəaliyyət dairəsi genişlənir. Xüsusilə, Prezidentimizin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı yeni mərhələyə qədəm qoyub. Bu istiqamətdə görülən tədbirlərin sırasında turizmin inkişafına marağın artması və bura xarici və daxili investisiyanın artması bu sahənin yaxın illərdə inkişafın ən yüksək mərhələsinə qədəm qoymasına gətirib çıxaracağını bildirib.
Millət vəkili Fazil Mustafa bildirib ki, Avropaya inteqrasiya çərçivəsində görülən tədbirlərin səmərəli olması ilk növbədə özümüzdən asılıdır. Biz ilk növbədə, Avropa təcrübəsini diqqətlə öyrənib, lazımi qaydada tətbiqini həyata keçirməliyik. Əlbəttə ki, psixoloji faktorlar da mühüm rol oynayır. Biz yeni dəyişikliklərə psixoloji cəhətdən hazır olmalıyıq və ölkədə insanlar, xüsusilə, gənclər arasında bu kimi tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
"Yeni Nəsil" GİD İctimai Birliyinin sədri Atatürk Kamallı gənclərə yeni layihələr barədə məlumat verib və bu layihələrin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransın ikinci hissəsi gənclərin öz təkliflərini irəli sürməsi və qarşılıqlı müzakirələr şəklində keçib. Çıxış edən gənclər belə konfransların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildiriblər.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info