Ramil Şeydayev rəsmən “Trabzonspor”da
Tarix: 13.07.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Trabzonspor” azərbaycanlı futblolçu Ramil Şeydayevlə müqavilə imzalayıb. Bu haqda "NTV Spor" məlumat yayıb. Onunla 4 illik müqavilə imzalandığı bildirilib. Klubun rəsmi saytında verilən xəbərdə isə bildirilir ki, gənc hücumçu ilə razılığa gəlinib. O, tibbi müayinədən uğurla keçib. Bundan sonra Şeydayev komandanın Slovakiyadakı təlim-məşq toplanışına qatılacaq.
“NTV Spor”un xəbərinə görə, azad agent kimi “Trabzonspor”a keçən 20 yaşlı gənc hücumçu 2016/17 mövsümündə 430 min, 2017/18 mövsümündə 350 min, 2018/19 mövsümündə 400 min, 2019/20 mövsümündə 450 min avro maaş alacaq. Əlavə edək ki, Rusiyanın “Zenit” klubu ilə müqaviləsi bitən Şeydayev bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina edərək Rusiya millisində oynamaq istədiyini açıqlamışdı. Bugünlərdə isə o, milli komandamızda çıxış etmək istədiyini bildirib. Rusiya mətbuatının yazdığına görə, Şeydayev Azərbaycan vətəndaşlığı alıb millimizdə oynamaq üçün AFFA ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində doğulan Ramil Şeydayevin atası azərbaycanlı, anası isə rusdur. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, Ramil Şeydayev Azərbaycan millisində oynamaq istəyir. Özü bununla bağlı AFFA-ya müraciət edib. Bu vaxta qədər Rusiyanın 16, 17, 18, 19 və 21 yaşadək yığmalarında çıxış etmiş Azərbaycan əsilli hücumçu bundan sonra Azərbaycan yığmasının formasını geyinmək istəyir.
Mikayıl Nərimanoğlunun sözlərinə görə, Şeydayevin istəyi millimizin baş məşqçisi Robert Prosineçkiyə artıq çatdırılıb: “Şeydayev AFFA-ya müraciətində Azərbaycan yığmasında oynamaq istədiyini bildirib. Biz də onun istəyini Robert Prosineçkiyə çatdırmışıq. Baş məşqçinin Ramillə bağlı qərarı heyəti açıqlayanda bəlli olacaq. Hər şey FİFA-nın qaydalarına əsasən olmalıdır”.





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info