Litva mətbuatı Qaregin Njdenin “inqilabi terror” ideyalarından yazdı
Tarix: 13.07.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Litvanın www.slaptai.lt portalında tanınmış jurnalist, bu portalın rəhbəri Gintaras Visotskasın “Bir daha erməni terrorizmi haqqında” məqaləsi dərc edilib. G.Visotskas Ermənistan prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirak etdiyi İrəvanda Qaregin Njdeyə abidə ucaldılması haqqında yazır.Litvalı jurnalist Q.Njdenin tərcümeyi-halından bəhs edərkən bu hərbi cinayətkarın “inqilabi terror” ideyalarının heyranı olduğunu, faşist Almaniyasında erməni milli hərbi birləşməsi formalaşdırması, əslən Vedibasar və Naxçıvandan olan azərbaycanlıların sıxışdırılması üçün amansız aksiyalar təşkil etdiyini qeyd edir. G.Visotskas yazır: “Bu generalın sevimli kəlamı “Hitler uğrunda ölən Ermənistan uğrunda ölür” idi.Jurnalist xatırladır ki, 1982-ci ildə ABŞ-da “erməni terror təhlükəsi" barədə rəsmi bəyanat dərc edilib. Amansız erməni terrorçuları ilə bağlı narahatlığı dilə gətirən rəsmi Vaşinqton onların türk diplomatlarına, həm ABŞ-da, Avstraliyada, həm də Avropada Türkiyəni dəstəkləyən siyasətçilərə qarşı təşkil edilən istisnasız olaraq bütün qanlı aktları nəzərdə tuturdu.G.Visotskas bir çox mətləbləri izah edən ABŞ-ın bu bəyanatını unutmamağa çağırır. 1973-cü ildən 2002-ci ilədək erməni terrorçuları yalnız Qərbi Avropada 235 terror aktı, 70 qətl, 41 sui-qəsd törədib, 524 nəfəri yaralayıb, 105 nəfər girov götürülüb, onlardan 12-i öldürülüb. Məgər rəsmi İrəvan açıq şəkildə və konkret olaraq bu əməlləri qınayıb?Litva bunlardan hansı nəticələr çıxarmalıdır? Məqalə müəllifi yazır ki, biz şəhərlərimizdə erməni xaçları qoyulmasına icazə verərkən daha ayıq-sayıq olmalıyıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info