“İslahatlar Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə yönəldilib”
Tarix: 13.07.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər



İsveçin Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri İnqrid Tersman Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə "Caspain Energy"nin nümayəndə heyətini qəbul edib.
 Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.
 "Enerji resursları və ya neft ixracatı barəsində söhbət gedərkən Azərbaycanın adı böyük sərvətə malik ölkə kimi xatırlanır. Əlbəttə ki, neftin qiymətinin düşməsi həm ölkə, həm də onun iqtisadiyyatı üçün əsl çağırış oldu. Lakin bu, təkcə çağırış, xəbərdarlıq kimi yox, eyni zamanda Azərbaycanda iqtisadi islahatların başlanmasının əsas səbəblərindən biri kimi qiymətləndirilməlidir", - deyə görüş zamanı səfir qeyd edib.
 
O, islahatların keçirilmə prosesinin gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib. Belə ki, aparılan islahatlar nəinki ölkə iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə yönəldilib. Çünki investorlar bazarda sabitlik, şəffaflıq və bərabər şərtlərə güvənirlər: "Əgər aparılan islahatlar bazarda qeyd olunan şərtlərin yaranmasını təmin edirsə, heç şübhəsiz ki, bu proses investorların ölkəyə olan marağını artıracaq və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edəcək. Eyni zamanda İsveç şirkətlərinin artıq mövcud olan marağını bir qədər də artıracaq".
 
Enerji dəhlizləri mövzusuna toxunan səfir vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi həqiqətən Azərbaycanın ixracatının və ixrac marşrutlarının diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu, həm də Avropa İttifaqı üçün olduqca vacibdir, çünki, bu, neft-qaz resurslarının ixracatını diversifikasiya etmək üçün bizə yaradılmış imkandır.
 "Qeyd olunan məsələ Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də digər maliyyə təşkilatlarının boru kəmərlərinin inşası layihələrini dəstəkləmələrinin əsas səbəblərindəndir. Fikrimcə, bu, həm bizim hamımız üçün, həm də Aİ ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı üçün olduqca mühümdür. Bu, eyni zamanda inşaat, enerji resurslarının tədarükü, layihələndirmə, xidmətlə məşğul olan İsveç şirkətləri üçün böyük fürsət ola bilər. Bizim sözün əsl mənasında yaxşı təcrübəmiz var və şirkətlərimiz ən mürəkkəb problemləri həll etməyə qadirdir", - deyə səfir vurğulayıb.
 
Azərbaycanla Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün yeni hüquq bazasının yaradılmasına gəlincə, diplomat İsveçin bu prosesi birmənalı dəstəklədiyini qeyd edib: "Biz bu məsələ ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların başlanmasını böyük səbirsizliklə gözləyirik. İsveç tərəfi olaraq həmin razılaşmanın əldə ediləcəyinə, zəruri məsələyə çevriləcəyinə, iqtisadi əməkdaşlıq və imkanlarla bağlı bir sıra istiqamətləri əhatə edəcəyinə, bizim ümumi dəyərlərimizə yönələcəyinə ümid bəsləyirik. İsveçin xarici işlər naziri Marqot Valstrem mart ayında Azərbaycana səfəri zamanı açıq-aşkar bildirdi ki, İsveç Avropa İttifaqı ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır".
 
Görüşün sonunda səfir “Caspian Energy”yə eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin,  iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivləri, eyni zamanda turizm sektoru və enerji əməkdaşlığının inkişafı məsələsi barədə danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info