Əfqanıstan Azərbaycanın “ASAN Xidmət” modelini tətbiq edir
Tarix: 13.07.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.  
“ASAN Xidmət”in informasiya təminatı şöbəsindən verilən məlumata görə, iyulun 12-də Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın “ASAN Xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir. 
İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət agentliyinin sədri İ. Kərimov “ASAN Xidmət”in fəaliyyətindən bəhs edib. 
Əfqanıstanın maliyyə naziri E. Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu ifadə edib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini bildirib. 
Qeyd edək ki, artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib (asan.gov.af). 
Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəflər dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.     
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Moldova “Turk axını”ndan qaz almaq istəyir
20.08.2019
ABŞ Suriyada Türkiyənin hərbi konvoyuna edilən hücumu qınadı
20.08.2019
Donald Tramp vә İmran Xan arasında telefon danışığı olub
20.08.2019
Qırğızıstanın sabiq Prezidentinin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edilib
20.08.2019
Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info