Qafqaz Universitetinin nümayəndələri İstanbul Texnik Universitetinin texnoparkı ilə tanış olublar
Tarix: 11.03.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olublar. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyəti ilə Texnoparkda müşahidələr apardılar.

Türkiyədə fəaliyyət göstərən 40-dan çox texnopark arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı olub. Bunlarla yanaşı, texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Xatırladaq ki, QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü dr.Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstərən şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info